BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbçilərin uşaqları üçün müavinət artırıldı

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətlərin məbləği artırılıb.

 

Pravda.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

 

Fərmana əsasən, 2025-ci il iyulun 1-dən Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətlərin məbləği 120 manatdan 140 manata qaldırılıb.

Tarix: 12 İyun 2025, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin