BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan futbolu ilə bağlı araşdırma aparıldı

“UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub.

Pravda.az-ın görə, UEFA-nın maliyyə dəstəyi ilə “Nielsen” şirkəti tərəfindən aparılan araşdırma ilə bağlı tədbir “Baku Boulevard Hotel”də baş tutub.

Araşdırma futbol ilə bağlı müxtəlif sahələri əhatə edib. UEFA-nın Milli Assosiasiyaların Biznes İnkişafı üzrə koordinatoru Manuel Ruess bu gün araşdırmanın nəticələrini AFFA əməkdaşlarına təqdim edib, nəticələr və gələcək planlar müzakirə olunub.

Bu araşdırma sayca üçüncüdür. Daha öncə “Kantar Media” şirkəti tərəfindən 2015 və 2017-ci illərdə ölkə üzrə analoji araşdırma keçirilib. “UEFA GROW” UEFA-nın 55 üzv milli assosiasiyalara müxtəlif sahələrin inkişafı ilə bağlı dəstək proqramıdır. AFFA 2015-ci ildən başlanan layihənin aktiv iştirakçılarındadır.Apasport

Tarix: 11 Dekabr 2019, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin