Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqşin Həsənovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, 51 yaşlı A.Həsənov 1995-1999-cu illərdə Lənkəran Dövlət Universitetinin Riyaziyyat fakültəsində təhsil alıb. 1999-2012-ci illərdə Lerik rayonu M.Qasımov adına Bibiyonu kənd tam orta məktəbində, 2013-2017-ci illərdə isə Abşeron rayonu Masazır kənd 2 saylı tam orta məktəbində müəllim işləyib. O, həmin vaxt müəllim yoldaşına xeyli pul "atdığına" görə işdən çıxarılıb və məhkəmə tərəfindən cərimə cəzasına məhkum edilib.
Azadlıqda qalan müəllim bundan sonra da oxşar əməllərinə davam edib. Belə ki, o özünü təhsil sistemində sözükeçən şəxs kimi tanıdıb və bir sıra vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deyərək ali məktəblərə qanunsuz tələbə qəbulu və müəllim kimi işə düzəltmə imkanlarının olduğuna inandırıb.
Bu yolla o, Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə düzəldəcəyi abituriyentin valideynindən 74 900, orta məktəbə müəllim kimi qəbul etdirəcəyi şəxsdən 10 030, BDU-nun Hüquq fakültəsinə qəbul etdirəcəyini dediyi abituriyentin yaxınından 70 000, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyini dediyi şəxsin ailəsindən 8000, Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsinə tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verdiyi şəxsdən 25000, İqtisadiyyat Universitetinin Kompüter mühəndisliyi fakültəsinə tələbə kimi qəbul etdirəcəyini dediyin gəncin valideynindən 40 000, Kürdəmir şəhər 2 saylı tam orta məktəbdən Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəblərin birinə ibtidai sinif müəllimi vəzifəsinə köçürəcəyini dediyi qadından 14 000, Sumqayıtda yerləşən orta məktəblərin birinə fizika müəllimi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verdiyi digər qadından 24 000, həyat yoldaşını Bakıda yerləşən orta məktəblərin birinə Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verdiyi kişidən isə 15 000 manat alaraq dələduzluq edib.
A.Həsənov qeyd edilən şəxslərin heç birinə verdiyi vədə əməl etməyərək 271 min pulun böyük hissəsini ələ keçirib.
Məsələ ilə bağlı müxtəlif şəxslər hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra o, aldığı pulların bir hissəsini geri qaytarıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Həsənova 7 il həbs cəzası verilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.
Kamal Məmmədov
6 Mart 12:06
6 Mart 12:01
6 Mart 11:59
6 Mart 11:57
6 Mart 11:27
6 Mart 11:24
6 Mart 11:21
6 Mart 11:15
6 Mart 11:13
6 Mart 11:12
6 Mart 10:53
6 Mart 10:30
6 Mart 10:27
6 Mart 10:25
6 Mart 10:25
6 Mart 10:21
6 Mart 10:18
6 Mart 10:17
6 Mart 10:04
6 Mart 10:02
6 Mart 09:58
6 Mart 09:49
6 Mart 09:37
6 Mart 09:33
6 Mart 08:59
6 Mart 03:23
6 Mart 01:57
6 Mart 01:12
6 Mart 01:09
6 Mart 00:52
6 Mart 00:39
6 Mart 00:36
6 Mart 00:32
6 Mart 00:29
6 Mart 00:28
6 Mart 00:24
6 Mart 00:22
5 Mart 22:31
5 Mart 22:28
5 Mart 22:26
5 Mart 22:22
5 Mart 22:09
5 Mart 21:51
5 Mart 21:31
5 Mart 21:27
5 Mart 21:12
5 Mart 21:00
5 Mart 20:57
5 Mart 20:52
5 Mart 20:46
5 Mart 20:42
5 Mart 20:39
5 Mart 20:04
5 Mart 20:03
5 Mart 19:51
5 Mart 19:48
5 Mart 19:46
5 Mart 19:27
5 Mart 19:25
5 Mart 19:12
5 Mart 19:10
5 Mart 18:55
5 Mart 18:48
5 Mart 18:24
5 Mart 17:57
5 Mart 17:50
5 Mart 17:49
5 Mart 17:28
5 Mart 17:24
5 Mart 17:21
5 Mart 17:19
5 Mart 16:56
5 Mart 16:54
5 Mart 16:52
5 Mart 16:50
5 Mart 16:39
5 Mart 16:38
5 Mart 16:36
5 Mart 16:33
5 Mart 16:31
5 Mart 16:30
5 Mart 16:26
5 Mart 16:26
5 Mart 16:25
5 Mart 16:20
5 Mart 16:18
5 Mart 16:17
5 Mart 16:16
5 Mart 16:15
5 Mart 16:08
5 Mart 16:05
5 Mart 16:00
5 Mart 15:55
5 Mart 15:45
5 Mart 15:43
5 Mart 15:33
5 Mart 15:27
5 Mart 15:24
5 Mart 15:22
5 Mart 15:17
5 Mart 15:13
5 Mart 15:08
5 Mart 15:02
5 Mart 14:54
5 Mart 14:52
5 Mart 14:50
5 Mart 14:47
5 Mart 14:19
5 Mart 14:09
5 Mart 13:50
5 Mart 13:37
5 Mart 13:31
5 Mart 13:24
5 Mart 13:13
5 Mart 13:12
5 Mart 13:11
5 Mart 13:08
5 Mart 12:54
5 Mart 12:51
5 Mart 12:49
5 Mart 12:46
5 Mart 12:45
5 Mart 12:44
5 Mart 12:39
5 Mart 12:36
5 Mart 12:12
5 Mart 11:56
5 Mart 11:52
5 Mart 11:45
5 Mart 11:35
5 Mart 11:34
5 Mart 11:33
5 Mart 11:29
5 Mart 11:27
5 Mart 11:26
5 Mart 11:18
5 Mart 11:10
5 Mart 10:53
5 Mart 10:45
5 Mart 10:43
5 Mart 10:40
5 Mart 10:37
5 Mart 10:24
5 Mart 10:22
5 Mart 10:22
5 Mart 10:19
5 Mart 10:17
5 Mart 10:16
5 Mart 10:14
5 Mart 10:11
Ən son xəbərləri səhifəmizdən də izləyin