Bakı Apellyasiya Məhkəməsində qadını qətlə yetirərək meyitini Abşeron rayonunun Fatmayı qəsəbəsi ərazisində yolun kənarına atmaqda təqsirləndirilən Seymur Məmmədov və Nurlan Bağırovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Nurlan Bağırovun apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Onun 18 il həbs cəzası 17 il 10 aya endirilib.
Qeyd: 2024- cü ilin yanvarın 10-da Abşeron rayonu Fatmayı kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq əlamətləri olan 30-35 yaşlarında naməlum qadın meyiti tapılıb. Məlumat daxil olan kimi dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Qətlə yetirilən şəxsin qısa zamanda Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu müəyyən edilib.
Abşeron Rayon Prokurorluğu, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov saxlanılıb, həmin hadisədə iştirak edən daha bir nəfərin şəxsiyyəti də müəyyən edilib. Həmin şəxsin Nurlan Bağırov olduğu bəlli olub.
Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü Seymur Məmmədov və Nurlan Bağırov paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər. Onlar şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı avtomobildə qadını qətlə yetiriblər. Daha sonra həmin şəxslər izi itirmək məqsədilə meyiti Seymur Məmmədovun yaşadığı Fatmayı kəndinin yaxınlığına gətirərək ora atıblar.
Qeyd edək ki, Seymur Məmmədov və Nurlan Bağırov əvvəllər dəfələrlə məhkum ediliblər. Onlar bir yerdə cəzaçəkmə müəssisəsində olan zaman tanış olublar.
Onu da qeyd edək ki, Nurlan Bağırov hadisədən sonra ölkə hüdudlarından qaçaraq gizləndiyi üçün, bir müddət sonra İnterpolun xətti ilə Gürcüstanda saxlanılaraq ölkəyə gətirilib, istintaqa cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilənlərin hər biri 18 il azadlıqdan məhrum edilib.
Kamal Məmmədov
8 İyul 23:16
8 İyul 22:29
8 İyul 22:26
8 İyul 21:54
8 İyul 21:49
8 İyul 21:36
8 İyul 20:55
8 İyul 19:38
8 İyul 19:35
8 İyul 18:09
8 İyul 18:05
8 İyul 17:58
8 İyul 17:56
8 İyul 17:52
8 İyul 17:49
8 İyul 17:44
8 İyul 17:23
8 İyul 17:14
8 İyul 17:07
8 İyul 17:03
8 İyul 16:58
8 İyul 16:49
8 İyul 16:44
8 İyul 16:42
8 İyul 16:36
8 İyul 16:27
8 İyul 16:17
8 İyul 16:09
8 İyul 16:04
8 İyul 15:54
8 İyul 15:38
8 İyul 15:33
8 İyul 15:25
8 İyul 15:18
8 İyul 15:07
8 İyul 15:02
8 İyul 14:52
8 İyul 14:26
8 İyul 14:24
8 İyul 14:00
8 İyul 13:54
8 İyul 13:51
8 İyul 13:29
8 İyul 13:11
8 İyul 13:10
8 İyul 12:58
8 İyul 12:53
8 İyul 12:50
8 İyul 12:43
8 İyul 12:38
8 İyul 12:30
8 İyul 12:18
8 İyul 12:16
8 İyul 12:14
8 İyul 12:05
8 İyul 12:04
8 İyul 11:59
8 İyul 11:56
8 İyul 11:52
8 İyul 11:40
8 İyul 11:29
8 İyul 11:18
8 İyul 11:13
8 İyul 10:58
8 İyul 10:54
8 İyul 10:45
8 İyul 10:39
8 İyul 10:28
8 İyul 10:26
8 İyul 10:04
8 İyul 09:59
8 İyul 09:27
8 İyul 09:14
8 İyul 09:08
8 İyul 09:04
8 İyul 08:58
8 İyul 08:52
8 İyul 08:46
8 İyul 08:41
8 İyul 08:37
8 İyul 08:35
8 İyul 08:31
8 İyul 08:30
8 İyul 08:29
8 İyul 08:17
8 İyul 08:12
8 İyul 08:04
8 İyul 07:28
8 İyul 07:09
8 İyul 00:15
7 İyul 21:11
7 İyul 19:35
7 İyul 19:32
7 İyul 19:31
7 İyul 19:29
7 İyul 19:24
7 İyul 19:20
7 İyul 18:39
7 İyul 18:32
7 İyul 18:31
7 İyul 17:57
7 İyul 17:54
7 İyul 17:44
7 İyul 17:26
7 İyul 17:21
7 İyul 17:12
7 İyul 17:04
7 İyul 17:02
7 İyul 16:52
7 İyul 16:49
7 İyul 16:39
7 İyul 16:34
7 İyul 16:29
7 İyul 16:20
7 İyul 15:54
7 İyul 15:52
7 İyul 15:43
7 İyul 15:05
7 İyul 14:44
7 İyul 14:39
7 İyul 14:35
7 İyul 14:32
7 İyul 14:30
7 İyul 14:26
7 İyul 14:24
7 İyul 14:23
7 İyul 14:21
7 İyul 14:19
7 İyul 14:08
7 İyul 13:49
7 İyul 13:48
7 İyul 13:46
7 İyul 13:37
7 İyul 13:02
7 İyul 12:59
7 İyul 12:37
7 İyul 12:21
7 İyul 12:05
7 İyul 11:26
7 İyul 11:01
7 İyul 10:54
7 İyul 10:52
7 İyul 10:48
7 İyul 10:29
7 İyul 10:27
7 İyul 10:07
7 İyul 10:06
7 İyul 10:03
7 İyul 10:00
7 İyul 09:39
Ən son xəbərləri səhifəmizdən də izləyin