BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-ın Azərbaycandakı səfirinin müavini İranla sərhədə gedib

ABŞ səfirinin müavini vəzifəsini icra edən Mark Hernandez və səfirliyin bir qrup əməkdaşı bu gün Azərbaycanın cənubunda yerləşən Astara sərhəd-keçid məntəqəsinə səfər edib.

 

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

“ABŞ səfirliyi ölkəyə daxil olan ABŞ vətəndaşlarına yardım göstərilməsi istiqamətində Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirir. Amerikalıların təhlükəsizliyi və onların təhlükəsiz şəkildə ölkəyə daxil olması bizim üçün ən yüksək prioritet olaraq qalır”, - məlumatda qeyd olunub.

Tarix: 21 İyun 2025, 13:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin