BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış jurnalist Fatih Altaylı saxlanıldı

İstanbul Prokurorluğu jurnalist Fatih Altaylının saxlanılmasının səbəbini açıqlayıb.

 

O, sosial media hesabında verdiyi açıqlamalara görə “prezidenti təhdid etmə” ittihamı ilə başladılan istintaq çərçivəsində saxlanılıb.

 

“20.06.2025-ci il tarixində adı hallanan “Youtube” sosial media kanalında prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid xarakterli açıqlamalarına görə Fatih Altaylıya qarşı CM-nin 310/2 və 106/1-ci maddələri (prezidenti təhdid etmə) ilə istintaq başladılıb. İstanbul Polis İdarəsinə onun saxlanılması ilə bağlı göstəriş verilib”, - İstanbul Prokurorluğunun açıqlamasında deyilir.

 

APA

Tarix: 22 İyun 2025, 01:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin