BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev Mingəçevirdə Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədri Çen Qianqı qəbul edib.

 

Pravda.az xəbər verir ki, görüşdə “Dongfang Electric İnternational Corporation” şirkətinin “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakının roluna toxunuldu, Azərbaycanla Çinin bu şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Sonda xatirə şəkli çəkdirildi.

Fotoları təqdim edirik
Tarix: 24 İyun 2025, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin