“2000-2005-ci illər Azərbaycanın müstəqilliyinin 15-ci ilinə düşürdü. Azərbaycanda enerji sahəsində 20 il bundan əvvəlki vəziyyəti götürsək, Nəinki regionlarda, Bakı və Bakı ətrafındakı insanlarda belə bir arzu var idi ki, kaş enerji təminatı sovetdəki kimi olardı, çünki həmin dövr üçün paytaxtın enerji təminatı çox yaxşı idi. Ancaq şəhərin daxilində pik saatlarda 190-200 vatdan artıq olmurdu. Bakı kəndlərində bağlarda belə adi vaxtlar 180-190 Volt olur. Pik vaxtlarda gərginlik aşağı düşürdü, 150-160, bəzi yerlərdə isə 140 Volt olurdu. Enerjiyə tələbat artanda görürdük ki, müxtəlif rayonlarda elektrik enerjisi necə fasilələrlə verilir. Rayonlarda “gündüz işığı” deyilən anlayış var idi, yəni gündüzlər faktiki işıq olmurdu. Səhər tezdən kimin işi var idisə, onların ehtiyaclarını nəzərə alıb, səhər. bir də axşam işıq verilirdi. Nə gecə, nə də səhərlər faktiki işıq olmurdu, çünki enerji çatmırdı. Əslində, elektrik stansiyaları layihə gücündə deyildi, çünki 1990-ların rekonstruksiyası üçün ölkədə vəsait qoymağa pul yox idi. Buna görə də elektrik stansiyaları yarı gücündən də az rejimdə işləməyə qadir idi. Stansiya xammalla işləməli idi. Xammal da yox idi. Mazutla işləyirdilər. Əvvəlki Əlibayramlıdan (red. indiki Şirvan), Mingəçevirdən dəmiryolu ilə mazut gəlirdi. Təbii ki, istehsal edilən mazut birincisi ekologiyaya ziyan idi. Mazutun yandırılması zamanı əmələ gələn istilik kifayət qədər deyil idi, qazla müqayisədə xeyli az idi. Necəsə elektrik ehtiyaclarımızı ödəməyə çalışırdıq, amma yetərli deyildi. Bu hamıya aydın idi, heç kim bunu gizlətmirdi”.
Bu sözləri Pravda.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Mingəçevirdə tikilən yeni "8 noyabr" Elektrik Stansiyasının əhəmiyyətindən danışarkən deyib.
O xatırladıb ki,2000-ci ilin oktyabr ayından Azərbaycan qaz idxalına başlayıb: “Çoxları indi evlərdə qaz yandırırlar, elə bilirlər ki, bütün müstəqillik dövrü, sovet dövrü, hətta çar dövründə hər yerdə qaz olub. 96% yaşayış məntəqələri rəsmən qazlaşdırıldı. Biz o qazı Rusiyadan alırdıq. Pulun pul vaxtında, özü də regional qiymətə. “Şahdəniz” qazına qədər 48 dollardan başladıq, 6 il ərzində 180 dollara qədər pul ödəmişik. Pulumuz da az idi, çünki hələ neft gəlirləri cüzi idi. 2006-cı ildən Dövlət Neft Fondu Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağından 2 milyard dollarını alanda infrastrukturun da bir hissəsi olaraq enerji infrastrukturunun yaxşılaşdırılmasına və yenidən qurulmasına sərf edildi. İndiyə kimi yadımdadır, Azərbaycan hökuməti Finlandiyanın “Vartsila” şirkəti ilə müqavilə imzalamışdı. Ölkəmizdə on ədəd qısa müddətdə modul tipli – kiçik gücə malik İstilik Elektrik Stansiyası (İES) tikildi. Həmin İES-lər 100-110 meqavat gücündə idilər. Hissə-hissə xaricdən gətirilirdi, ölkəmizdə yığılırdı, bir il müddətinə istifadəyə verilirdi. Həm Bakı ətrafında, həm də regionlarda bu cür işlər görüldü, yavaş-yavaş işığımız gurlaşdı. Bundan sonra böyük İES-lər tikilməyə başlandı. “Cənub” Elektrik Stansiyasının tikintisi çox uzun müddət çəkdi, ancaq 680 meqavat gücündə idi. Müstəqillik illərində bundan böyük elektrik stansiyası tikməmişdik".
Ekspert qeyd edib ki, Mingəçevirdə tikilən yeni "8 noyabr" Elektrik Stansiyası isə 1880 meqavat gücündədir: "İkisi arasındakı fərqi görün. Beləcə, aydınlığa çıxdıq. Bunu belə adlandırmaq olar. Bolşevik inqilabı baş verəndə - 1929-cu ildə hər kəndə işıq çəkmək şüarı irəli sürüldüsə, Azərbaycanda hər kənddə təkcə kənd sovetinin qarşısında, məktəbdə və klubda işıq olardı. Müharibədən sonra belə sovet hökuməti işıqlandırma məsələsini həll edə bilməmişdi. Biz isə pis-yaxşı etdik. İndi işıqların Bayer üsulu ilə kəsilməsi çoxları üçün uzaq keçmişdə olan bir hadisədir. Amma biz bu yolu keçmişik və indiki vəziyyətə çatmışıq. Bir-birinin ardınca İES-lərin, küləklə, günəşlə işləyən elektrik stansiyalarının tikilməsi, hidroenerji potensialımızın artırılması, əsasən də işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə - 4 ilə 38 kiçik su-elektrik stansiyasının istifadəyə verilməsi... Bunun nəticəsində qaz, yanacaq yandırmadan 0,5 milyard kilovat-saat elektrik enerjisi istehsal etmişik. Təbiətdə olan nemətlərdən - su, külək, günəşdən istifadə etməklə. Qarabağdakı günəş-elektrik stansiyası 0,5 milyard kilovat-saatdan çox enerjini bir ildə hasil edir. Çox böyük nailiyyətdir. Buna görə də Prezident İlham Əliyev vurğulayır ki, hələ bizim elektrik stansiyalarımızın hazırda 9 min meqavat gücü var. 2030-cu il daxil olmaqla beş ilə daha 6 min meqavat gücündə yeni elektrik stansiyaları tikəcəyik. Əsasən, yaşıl enerji olacaq, qaz yandırmayacağıq. Enerjimizin stabilliyi, enerji sistemimizin dayanıqlılığı, enerji potensialımızın ixracı artacaq, həm mövcud vəziyyətdə qeyr-neft sektoru kimi elektrikdən gəlir əldə edəcəyik, həm də ikinci tərəfdən, əvvəllər İES-lərdə yandırdığımız qazın bir hissəsinə qənaət etmiş olacağıq. Yeni “8 Noyabr” Elektrik Stansiyasının səmərəliliyi nəticəsində şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə illik 1 milyard kubmetr təbii qaza qənaət etməyə və 2 milyon ton karbon qazının atmosferə buraxılmasının qarşısını almağa imkan verir. Faydalı iş əmsalı 17 faiz artaraq, 38,5 faizdən 55,5 faizə yüksəlib. Əlavə olaraq, Azərbaycan üçün imkanlar yaranır ki, həm də qazı çıxarmadan daxili bazarın ehtiyaclarını xarici bazarda daha baha qiymətə satmaqla elektrik stansiyalarına çəkilən xərcləri zamanından əvvəl ödə biləyək. İqtisadiyyatın inkişafı üçün elektrik birinci şərtdir. Qaz, neft ikinci dərəcəlidir. Azərbaycan həqiqətən özünün elektrik enerjisinə olan tələbatını nəinki ödəyib, onun dayanıqlı edib, həm də xarici bazarlara çıxış üçün imkanlar qazanır”.
Aytəkin Qardaşova
18 İyul 01:17
18 İyul 01:13
18 İyul 01:08
17 İyul 22:27
17 İyul 22:14
17 İyul 21:52
17 İyul 21:39
17 İyul 20:15
17 İyul 19:54
17 İyul 19:39
17 İyul 18:26
17 İyul 18:25
17 İyul 18:20
17 İyul 17:43
17 İyul 17:28
17 İyul 17:18
17 İyul 17:12
17 İyul 17:07
17 İyul 17:04
17 İyul 16:42
17 İyul 16:37
17 İyul 16:27
17 İyul 16:26
17 İyul 16:10
17 İyul 16:03
17 İyul 15:51
17 İyul 15:45
17 İyul 15:28
17 İyul 15:06
17 İyul 14:52
17 İyul 14:47
17 İyul 14:31
17 İyul 14:28
17 İyul 14:16
17 İyul 14:06
17 İyul 14:05
17 İyul 14:01
17 İyul 13:56
17 İyul 13:50
17 İyul 13:46
17 İyul 13:43
17 İyul 13:27
17 İyul 12:29
17 İyul 12:25
17 İyul 12:21
17 İyul 12:19
17 İyul 12:00
17 İyul 11:26
17 İyul 11:18
17 İyul 11:15
17 İyul 11:10
17 İyul 11:07
17 İyul 10:55
17 İyul 10:34
17 İyul 10:32
17 İyul 10:07
17 İyul 09:51
17 İyul 09:47
17 İyul 09:46
17 İyul 09:46
17 İyul 09:12
17 İyul 09:00
17 İyul 08:55
17 İyul 08:53
17 İyul 08:50
17 İyul 08:44
17 İyul 08:42
17 İyul 08:37
17 İyul 08:33
17 İyul 08:27
17 İyul 08:21
17 İyul 08:16
17 İyul 08:12
17 İyul 08:09
17 İyul 08:04
17 İyul 07:26
17 İyul 07:24
17 İyul 07:21
17 İyul 07:17
17 İyul 07:13
16 İyul 23:45
16 İyul 23:43
16 İyul 23:30
16 İyul 23:27
16 İyul 22:32
16 İyul 21:59
16 İyul 21:59
16 İyul 21:57
16 İyul 21:53
16 İyul 21:45
16 İyul 21:38
16 İyul 21:07
16 İyul 20:59
16 İyul 20:23
16 İyul 19:45
16 İyul 19:20
16 İyul 19:18
16 İyul 19:03
16 İyul 18:15
16 İyul 18:13
16 İyul 18:09
16 İyul 18:05
16 İyul 17:52
16 İyul 17:41
16 İyul 17:19
16 İyul 17:10
16 İyul 17:02
16 İyul 16:42
16 İyul 16:24
16 İyul 16:14
16 İyul 16:07
16 İyul 15:59
16 İyul 15:43
16 İyul 15:40
16 İyul 15:21
16 İyul 15:12
16 İyul 14:56
16 İyul 14:37
16 İyul 14:27
16 İyul 14:18
16 İyul 14:08
16 İyul 14:07
16 İyul 13:22
16 İyul 13:20
16 İyul 13:12
16 İyul 12:36
16 İyul 12:33
16 İyul 12:13
16 İyul 12:03
16 İyul 11:59
16 İyul 11:46
16 İyul 10:54
16 İyul 10:52
16 İyul 10:47
16 İyul 10:39
16 İyul 10:21
16 İyul 10:17
16 İyul 09:46
16 İyul 09:44
16 İyul 09:34
16 İyul 09:15
16 İyul 09:06
16 İyul 09:00
16 İyul 08:50
16 İyul 08:50
16 İyul 08:43
16 İyul 08:40
16 İyul 08:35
16 İyul 08:32
16 İyul 08:31
Ən son xəbərləri səhifəmizdən də izləyin