Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycanda müasir ordu quruculuğu yüksək səviyyədədir. Milli ordumuz regionda aparıcı orduya çevrilib, dünya reytinqində öncül yerlərdədir. Prezident İlham Əliyev milli hərbi sənaye kompleksinin yaradılmasına xüsusi diqqət ayırıb. Bu gün Azərbaycanın hərbi texnologiyaları bir çox aparıcı hərbi sənaye sərgilərində təqdim olunmaqdadır. Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən sonra Azərbaycanda aparılan hərbi islahatlar, hərbi sənaye kompleksi bir çox xarici dövlətlərin böyük maraq dairəsinə çevrildi. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan 26 İyun – Silahlı Qüvvələr Gününü fəxrlə qeyd edir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov xatırladıb ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra Müdafiə Nazirliyi yaradılıb, ordu da formalaşmağa başlayıb.

Deputat bildirib ki, həmin dövrdə ordunun heç bir maddi texniki bazası, kadr ehtiyatı yox idi: “Azərbaycanda əsas ordu quruculuğu ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra başladı. Ali Baş Komandan, cənab İlham Əliyev Prezident seçiləndən sonra ordu quruculuğuna xüsusi əhəmiyyət verildi, Azərbaycan ordusu gündən-günə güclənməyə başladı. Beynəlxalq aləmdə o dövrdə mövcud olan vəziyyətlə indiki vəziyyət Azərbaycanı sual qarşısında qoymuşdu. Beynəlxalq hüquqa, BMT qətnamələrinə arxayın olmaq, yoxsa öz gücünə? Baş verən hadisələr göstərdi ki, ancaq özümüzə güvənməli, ordumuzu gücləndirməliyik. Dövlətçiliyimizi qoruyub-saxlamaq, ərazilərimizi işğaldan azad etmək üçün yeganə yolumuz budur. Cənab Prezidentimiz dəfələrlə qeyd edib ki, “beynəlxalq hüquq” deyilən bir hüquqa məhəl qoyan yoxdur. Bu gün dünya “Kim güclüdürsə, o haqlıdır” prinsipi ilə idarə olunur. Son dövrlər cərəyan edən hadisələr – İsrailin Qəzzada törətdiyi hadisələr, İsrail-İran hərbi münaqişəsi, Rusiya-Ukrayna müharibəsi və digər məsələlər bir daha sübut etdi ki, dünya bu gün belə idarə olunur - kim güclüdürsə, o haqlıdır, nə istəsə, edə bilər, heç kim onu qınamayacaq, qarşısına keçməyəcək. Azərbaycan qarşısına məqsəd qoydu, hədəf də məlum idi: ordu güclənməlidir! Bunun üçün isə güclü iqtisadiyyat olmalıdır. İqtisadi gücə söykənən ordu gündən-günə güclənməlidir. Biz bunu etdik, güclü Azərbaycan ordusu yarada bildik, torpaqlarımızı işğaldan azad etdik, ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olundu. Azərbaycan ordusunun müxtəlif bölgələrdə sülhməramlı missiyasında beynəlxalq təlimlərdə iştirak etməsi də ordumuzun formalaşmasında çox mühüm rol oynadı. Nəhayət, Azərbaycan-Türkiyə qardaşlığı, birliyi, hərbi-siyasi məsələlərdə əməkdaşlıq Azərbaycan ordusunun güclənməsinə səbəb oldu. Bu səbəbdən ordumuz dünyanın ən güclü orduları sırasında yer alır. Azərbaycan ordusu sözünü dedi, güclü, qalib ordu olduğunu sübut etdi. Bundan sonra da Azərbaycan ordusu ən müasir silahlarla silahlanmalı, hərbiyə, müdafiəyə, təhlükəsizliyə aid olan bütün göstəricilər üzrə ən vacib tələblərə cavab verən səviyyəyə yüksəlməlidir. Belə də olacaq. Bu, təhlükəsizliyimizin, ərazi bütövlüyümüzün əbədi olması üçün vacib şərtlərdən biridir. Silahlı Qüvvələrimizi - əsgərlərimizi, zabitlərimizi, bütün veteranlarımızı, qazilərimizi 26 İyun münasibətilə təbrik edirəm. Qoy Azərbaycan ordusu daim güclənsin, biz də ordumuzla həmişə fəxr edək!”
Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə deyib ki, ordunun inkişafı ilk növbədə hər bir ölkənin iqtisadi potensialından, maliyyə imkanlarından asılıdır:

“Azərbaycan dövləti bu gün inkişafda olan dövlətdir. İqtisadi potensialı, maliyyə imkanları gündən-günə artır. Azərbaycan ordusunun inkişafı daim Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin diqqəti və nəzarəti altındadır. Cənab Prezident ordunun inkişafı istiqamətində lazımi tədbirlərin görülməsi haqda dəfələrlə fikrini söyləyib. Silahlı Qüvvələrin Ali Baş Komandanı deyib ki, Azərbaycan ordusuna nə lazımdırsa, onu da alacaq. Təbii ki, bu sözlərə qüvvət olaraq Azərbaycan ordusunun bu gün bütün ehtiyacları tam şəkildə təmin olunur, ordumuz müasir ordu prinsipi ilə inkişaf edir. Cənab Prezidentin verdiyi tapşırıqlar əsasında artıq Türkiyə modelinə keçidlə bağlı prosesi yekunlaşdırmaq üzrəyik. Azərbaycan ordusu müasir ordular sırasında özünəməxsus yer tutaraq bədnam qonşularımızdan, hələ də sülh müqaviləsi bağlamayan, müharibə şəraitində olan düşmənlərimizdən qırx pillə irəliləyərək öz inkişafına davam edir. Ordumuzda aparılan geniş islahatlar hərbi-elmi təhqiqatları və dünyada gedən prosesləri, qarşıda qoyulan tapşırıqları, ola biləcək riskləri nəzərə alaraq müəyyənləşdirilib. Bu islahatlar bütün sahələrdə aparılır. Yeni texnika və silahların alınmasında əsas prioritet qarşıya qoyula biləcək tapşırıq və vəzifələrə uyğun, müasir müharibə apara biləcək yeni texnologiyaların, avadanlıqların alınmasıdır. Azərbaycan ordusu bu gün öz şəxsi heyətini, döyüş hazırlığını daim artırmaqdadır. Təlimlər, digər məşqlər yüksək peşəkarlıqla keçirilir. Təlim və məşqlər məhz Azərbaycanın Vətən müharibəsində qazandığı təcrübədən irəli gələrək və döyüş hazırlığında tətbiq edilən üsullarla keçirilir. Ordumuzda elmi-tədris müəssisələrində Vətən müharibəsi ilə bağlı böyük elmi-tədqiqat işləri aparılır. Bu işlər Azərbaycanın hərbi-elmi əsaslara söykənərək öz döyüş potensialının yüksəlməsinə təkan verir”.
Ş.Ramaldanov bildirib ki, Azərbaycan ordusu peşəkar orduların inkişaf yolu ilə gedir: “Bu gün ordumuzda 70%-dən yuxarı əsas vəzifələri məhz müddətdən artıq xidmət edən şəxslər tutur. Xalq arasında onlara “MAXE” deyirlər. Bu gün də gənclərin orduya müraciəti yetəri qədərdir və proses daimi gedir. Bu, Vətən müharibəsində də nəticəsini göstərdi. Hazırda Azərbaycan ordusunda olan müasir texnika və avadanlıq nəinki peşekar, hətta intellektual səviyyəsi yüksək olan heyətin cəlb edilməsinə ehtiyac yaradır. Müasir silah-sursatı idarə etmək bacarığına malik müvafiq kurslar keçib, bu kursları müvəffəqiyyətlə bitirən, sertifikat alan heyət tərəfindən həmin silahlar, texnika və avadanlıq idarə olunur. Bu gün Azərbaycan ordusu çoxsaylı beynəlxalq təlimlərdə iştirak edir. Bu proses, demək olar, bütün ordu növlərində daim gedir. Azərbaycan ordusunun heyəti isə qarşıya qoyulan hədəflərə nail olur, qarşıya qoyulan bütün tələbləri yerinə yetirir. Azərbaycanda çox güclü peşəkar hərbi heyətin hazırlanması üçün hərbi təhsil sistemi qurulub. Milli Müdafiə Universiteti nəzdində Elmi Tədqiqat İnstitutu, İdarəetmə Sistemləri İnstitutu və digər ali hərbi məktəblər fəaliyyət göstərir. Bu cür qurulmuş tədris sistemi Azərbaycana imkan verir ki, öz təhsil potensialından istifadə edərək bütün sahələri əhatələyən yüksək peşəkar hərbçiləri özü hazırlasın, kadr potensialını təmin edə bilsin. Adıçəkilən tədris müəssisələrində ən müasir tələblərə cavab verən, müasir kadrlar yetişdirməyə imkan yaradan təhsil-tədris bazası təşkil olunub. Bu, bazada təhsil alan heyətimizin gələcəkdə müasir ordular prinsipi ilə inkişaf edə biləcək kadr potensialı hazırlanmasına imkan verəcək. Azərbaycan ordusunda xidmət edən heyət çox böyük vətənpərvərlik ruhu ilə seçilir. Yeni tarixin nəticəsi olaraq ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qələbə qazanması vətənpərvərlik ruhunun yüksək olmasının göstəricisidir. Bu gün də Qarabağ Zəfərinin Azərbaycanın vətənpərvərlik ruhunun formalaşmasında çox böyük rolu var”.
O vurğulayıb ki, mütəmadi olaraq Azərbaycan hərbçilərinin ailələri mənzillə təmin olunurlar: “Əks halda, onlara dövlət tərəfindən pul vəsaiti ayrılır. Bu vəsaitin hesabına evlə təmin olunmayan ailələrin kirayə ev tutmalarına imkan yaranır. Cənab Prezident tərəfindən hər il hərbçilərin maaşlarının artırılması ilə bağlı müvafiq sərəncamlar verilir. Bu da ordumuzda xidmət edənlərin sosial problemlemlərini yaxşılaşdırılmasına, hərbçi peşəsinin daha prestijli peşə kimi qəbul olunmasına xidmət edir. Sosial sahədən danışırıqsa, ordumuzda xidmət edənlərin tibbi təminatı haqqında nəsə deməmək olmaz. Bilirsiniz ki, hərbçilər sağlam olmalıdırlar. Azərbaycan ordusunda yaranmış tibbi xidmət yüksək peşəkar heyətlə, həm də müasir avadanlıqlarla seçilir. Bütün bunlar hərbçilərimizin sağlamlığının keşiyində dayanmaq üçün geniş imkanlar yaradır. Vətən müharibəsindən sonra cənab İlham Əliyevin də dediyi kimi, xüsusi təyinatlılara və komandos tipli hərbi qulluqçulara, hərbi hissələrin yaranmasına, onların inkişafına xüsusi diqqət yetirilib. Hərbi hissələrin və bunda irəli gələrək peşəkar heyətin sayı artırılır. Azərbaycan gəncləri böyük həvəslə ordumuzda xüsusi təyinatlı və komando kimi fəaliyyət göstərə bilmək üçün müraciət edirlər. Ordumuz bu gün regionda sülhün qorunmasının təminatçısı olaraq qəbul edilir. Çünki ordumuzun inkişafı heç bir ölkəyə qarşı işğal niyyətini hədəfləməyib. Ordumuz öz ərazi bütövlüyünü qorumağa, qarşıda qoyulan vəzifələri yerinə yetirməyə qadirdir və hazırdır. Hazırda sülh müqaviləsi bağlamayan Ermənistan dövlətinə gəlincə, Ermənistanın indiyə qədər olan və ola biləcək təxribatları məhz ordumuzun peşəkarlığı nəticəsində cavabsız qalmır. Azərbaycana qarşı hər hansı təcavüz niyyətli addımların qarşısı ordumuz tərəfindən qətiyyətlə alınır”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin