BURADA REKLAMINIZ OLA
BİLƏR

İsrail Ordusunun rəsmisi İrana qarşı hərbi əməliyyatın gizli detallarını açıqladı

“İrana qarşı hərbi əməliyyatlarda yüksək səviyyəli məxfilik şəraitində bu ölkənin daxilinə sızmağa nail olmuş kəşfiyyat bölmələrimiz mühüm rol oynayıb”.

 

Bunu İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir deyib.

 

Onun sözlərinə görə, görülən operativ tədbirlərlə qısa müddət ərazində adıçəkilən ölkənin hava məkanına nəzarət təmin edilib:

 

“Bu uğur həm koordinasiyalı fəaliyyət, həm də hərbi hava qüvvələri və “Komandos” hərbi birləşməsinin müştərək fəaliyyəti nəticəsində əldə edilib. Nəticədə qarşımıza qoyulan tapşırıqlar icra olunub”.

 

Qeyd edək ki, İran daxilində gizli kəşfiyyat əməliyyatlarının keçirildiyini İsrail kəşfiyyatındakı mənbələr də təsdiqləyib.

 

APA

Tarix: 26 İyun 2025, 17:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin