BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağsu RİH-dən Azərbaycan bayrağına qarşı hörmətsizlik – FOTO

Ağsu Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı hörmətsizlik edib.

 

Pravda.az-ın xəbərinə görə, icra hakimiyyətinin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasının qarşısında asılan bayraq hissələrə bölünüb, baxımsız vəziyyətdədir.

 

Məlumatı fotoqraf Orxan Əzim paylaşıb.

 

Sosial şəbəkələrdə bu hadisəyə görə icra başçısı Vahid Tağıyevin və nümayəndəsi Bəhlul Mahmudovun vəzifədən azad edilməsi tələb edilir.

 

Ağsu RİH-in mövqeyini dərc etməyə hazırıq.

Fotoları təqdim edirik
Tarix: 11 İyul 2020, 21:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin