BURADA REKLAMINIZ OLA
BİLƏR

Eçmiədzin ərazisində arxiyepiskop Mikael Ajapakhyanın saxlanmasına mane olanlara qarşı cinayət işi açılıb

Ermənistan İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətinin arxiyepiskop Mikael Ajapakhyanı saxlamasına mane olan vətəndaşlara qarşı cinayət işi açıb.

 

Bu barədə Ermənistan mediası məlumat yayıb.

 

Komitədən bildirilib ki, bu şəxslərin əməlləri ədalət mühakiməsinə maneçilik kimi qiymətləndirilir. İstintaq Komitəsi hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətinə müdaxiləyə görə cinayət məsuliyyətinin olduğunu xatırladıb və vətəndaşları mövqe bildirərkən qanuna riayət etməyə çağırıb.

 

Qeyd olunub ki, arxiyepiskop Mikael Ajapaxyana qarşı da cinayət işi açılıb. Onun Gümrüdəki iqamətgahında axtarışlar aparılıb./APA

Tarix: 27 İyun 2025, 16:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin