BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncəni də su basdı - FOTO

Ötən gecə leysan yağış Gəncədə fəsadlar törədib.

Pravda.az-ın məlumatına görə, gecə saatlarından başlayan aramsız yağış nəticəsində şəhərin Gülüstan qəsəbəsində və digər yerlərdə yaşayış evlərini, həyatyani sahələri su basıb.

Yağışdan ziyan çəkmiş ərazilərə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazı Bayramov və müavinləri, həmçinin Kəpəz və  Nizami rayon İcra hakimiyyətinin başçıları, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib. Əraziyə baxış keçrilib, yaranmış problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlar verib.

Evlərə və həyətlərə dolan sular FHN-nin xüsusi qurğuları vasitəsi ilə çəkilib. Hazırda yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.APA

Fotoları təqdim edirik
Tarix: 12 İyul 2020, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin