BURADA REKLAMINIZ OLA
BİLƏR

Dostların öldüyü ağır yol qəzası ilə bağlı hökm çıxarıldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən T.İsgəndərlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, cinayət əməlini törətməkdə təqsirli bilib və öldüyünə görə cəza təyin edilməyib.

 

İttihama görə, hadisə 28 sentyabr 2023-cü il tarixdə, təxminən 01 radələrində Şəmkir rayonunun Qapanlı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, T.İsgəndərli “Ford Transit yük” markalı avtomobillə hərəkətdə olarkən körpünün üzərində idarəetməni itirib. Nəticədə avtomobil daxilində su olmayan kanalın içərisinə aşıb və sürücü və sərnişin Elçin Manafov hadisə yerində ölüb.

 

Qeyd: Hər iki şəxs yaxın dost olub.

 

Kamal Məmmədov

Tarix: 2 İyul 2025, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin