BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar.

 

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı Fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün, 2 iyul - Azərbaycan Polisi Günü elan edilib.

 

Tarix: 2 İyul 2025, 12:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin