BURADA REKLAMINIZ OLA
BİLƏR

"Onları məndən qabaq qəbiristanlığa göndərməyin"

"Hər dəfə səhnəyə çıxacağım anda böyük məsuliyyət hiss edirəm. Bu gün gənclər çox sərbəst çıxırlar, amma səhnədə heç nə edə bilmirlər. Bizim böyük sənətkarımız belə uzun illər o məsuliyyəti hiss edib".

 

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həmin Zaur" verilişində deyib. Sənətçi mahnılarını ifa edən gənclərə də tövsiyə verib:

 

"Düşünürəm ki, məndən sonra da mahnılarım yaşayacaqsa, mən də yaşayacağam. Amma gənclərə bir tövsiyəm var. Əgər onun öhdəsindən gözəl gələ biləcəksinizsə, ifa edin. Mahnıların qol-qabırğalarını sındırıb, onları məndən qabaq qəbiristanlığa göndərməyin"./Axşam.az

Tarix: 2 İyul 2025, 14:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin