BURADA REKLAMINIZ OLA
BİLƏR

Astma xəstələrinə sevindirici xəbər

Astma xəstələri düzgün müalicə və nəzarət altında olduqda idmanla məşğul olmaq onların sağlamlığına müsbət təsir göstərir.

 

Pravda.az bildirir ki, idman ağciyər tutumunu artırır, fiziki qabiliyyəti yaxşılaşdırır və astma tutmalarının qarşısını almağa kömək edir.

 

Araşdırmalar göstərir ki, müntəzəm idman edən astma xəstələrində tutmaların sayı əhəmiyyətli dərəcədə azalır. Üzgüçülük kimi fiziki aktivliklər tövsiyə olunsa da, soyuq hava və qapalı hovuzlardakı kimyəvi maddələr astma tutmasına səbəb ola bilər. Bu səbəbdən müvafiq tədbirlər görülməlidir.

 

Astmanın müalicəsində əsas rol tibbi müalicəyə aiddir və idman bu müalicəyə əlavə dəstək funksiyası daşıyır. Astma xəstələrinin müntəzəm həkim nəzarətində olması vacibdir.

 

Əminə Bayramova

Tarix: 2 İyul 2025, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin