BURADA REKLAMINIZ OLA
BİLƏR

Azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə məskunlaşmış 185 ailə köçürülüb

Bu günədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 185 ailə (664 nəfər) köçürülüb.

 

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən bildirilir.

 

Qeyd edilib ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər./APA

Tarix: 2 İyul 2025, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin