BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda həkim 32 saatlıq əməliyyat etdi- Yorğunluqdan yerə yıxıldı - FOTO

Beyin cərrahı, doktor Pərvin Mirzəliyev 32 saat fasiləsiz davam edən və tibbdə nadir sayılan “Gigant beyin arteriovenoz malformasiya” əməliyyatını uğurla tamamlayıb.

 

Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, ağır və riskli cərrahi müdaxilədən sonra həkim yorğunluqdan yerə yıxılıb. O, bu dramatik anı sosial şəbəkədə "Zəfər" başlığı ilə paylaşıb.

 

Doktor Mirzəliyev sosial media paylaşımında bunları qeyd edib: “Ölüb-ölüb diriltdiklərim, əməliyyatın sonu – Zəfər!”

 

Qeyd edək ki, beyin arteriovenoz malformasiyası – beyində damarların anormal birləşməsi nəticəsində yaranan ciddi xəstəlikdir və bu cür əməliyyatlar yüksək dəqiqlik, peşəkarlıq və dözüm tələb edir.

 

WhatsApp Image 2025-07-02 at 20.50.08.jpeg (60 KB)

Tarix: 2 İyul 2025, 22:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin