BURADA REKLAMINIZ OLA
BİLƏR

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

İyulun 3-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

 

Pravda.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 3-ü saat 19:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

 

Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.

 

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.

 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.

Tarix: 3 İyul 2025, 19:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin