Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Dəyişiklik Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə təklif olunur.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.
Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.
Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur.
Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.
Beləliklə, təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin, sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
18 Aprel 23:32
18 Aprel 23:25
18 Aprel 23:08
18 Aprel 22:18
18 Aprel 21:33
18 Aprel 21:32
18 Aprel 21:21
18 Aprel 20:36
18 Aprel 20:26
18 Aprel 19:56
18 Aprel 19:51
18 Aprel 18:50
18 Aprel 17:56
18 Aprel 17:48
18 Aprel 17:27
18 Aprel 17:21
18 Aprel 16:28
18 Aprel 16:00
18 Aprel 15:52
18 Aprel 15:39
18 Aprel 15:35
18 Aprel 15:24
18 Aprel 15:02
18 Aprel 14:28
18 Aprel 14:21
18 Aprel 14:10
18 Aprel 14:03
18 Aprel 14:00
18 Aprel 13:59
18 Aprel 13:56
18 Aprel 13:54
18 Aprel 13:52
18 Aprel 13:51
18 Aprel 13:30
18 Aprel 13:28
18 Aprel 13:27
18 Aprel 13:25
18 Aprel 13:14
18 Aprel 12:53
18 Aprel 12:45
18 Aprel 12:44
18 Aprel 12:41
18 Aprel 11:58
18 Aprel 11:48
18 Aprel 11:41
18 Aprel 11:39
18 Aprel 11:34
18 Aprel 10:59
18 Aprel 10:44
18 Aprel 09:26
18 Aprel 09:24
18 Aprel 09:22
18 Aprel 08:56
18 Aprel 07:53
18 Aprel 00:49
18 Aprel 00:45
17 Aprel 22:28
17 Aprel 21:45
17 Aprel 20:34
17 Aprel 19:26
17 Aprel 19:02
17 Aprel 18:22
17 Aprel 17:42
17 Aprel 17:28
17 Aprel 17:05
17 Aprel 16:53
17 Aprel 16:52
17 Aprel 16:51
17 Aprel 16:45
17 Aprel 16:40
17 Aprel 16:37
17 Aprel 16:30
17 Aprel 16:27
17 Aprel 16:26
17 Aprel 16:25
17 Aprel 16:18
17 Aprel 16:12
17 Aprel 16:09
17 Aprel 15:34
17 Aprel 15:10
17 Aprel 15:07
17 Aprel 15:05
17 Aprel 15:01
17 Aprel 14:53
17 Aprel 14:52
17 Aprel 14:50
17 Aprel 14:48
17 Aprel 14:20
17 Aprel 13:57
17 Aprel 13:56
17 Aprel 13:31
17 Aprel 13:28
17 Aprel 13:12
17 Aprel 13:05
17 Aprel 13:03
17 Aprel 12:52
17 Aprel 12:46
17 Aprel 12:33
17 Aprel 12:28
17 Aprel 12:21
17 Aprel 11:48
17 Aprel 11:47
17 Aprel 11:25
17 Aprel 10:59
17 Aprel 10:48
17 Aprel 10:41
17 Aprel 10:35
17 Aprel 10:27
17 Aprel 10:07
17 Aprel 09:45
17 Aprel 08:52
17 Aprel 08:39
17 Aprel 08:33
17 Aprel 08:27
17 Aprel 08:23
17 Aprel 08:19
17 Aprel 08:11
17 Aprel 08:07
17 Aprel 08:04
17 Aprel 07:40
17 Aprel 01:34
17 Aprel 01:30
17 Aprel 00:48
17 Aprel 00:47
17 Aprel 00:45
16 Aprel 23:01
16 Aprel 21:53
16 Aprel 21:13
16 Aprel 20:54
16 Aprel 20:22
16 Aprel 20:18
16 Aprel 20:15
16 Aprel 19:57
16 Aprel 19:55
16 Aprel 19:50
16 Aprel 19:25
16 Aprel 19:09
16 Aprel 19:08
16 Aprel 19:01
16 Aprel 17:48
16 Aprel 17:08
16 Aprel 17:06
16 Aprel 17:00
16 Aprel 16:42
16 Aprel 16:30
16 Aprel 16:14
16 Aprel 16:14
16 Aprel 16:13
16 Aprel 16:08
16 Aprel 16:05
Ən son xəbərləri səhifəmizdən də izləyin