“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozu “müsbət” saxlayıb.
Bu barədə Maliyyə Nazirliyindən verilən məlumatda bildirilir.
Aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Moody’s”in yaydığı məlumatda qeyd olunur ki, yeni reytinq üzrə müsbət proqnoz ölkədə davam etdirilən islahatların fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq gözləntilərinin azalmasını əks etdirir. Həmçinin pul-kredit siyasətinin təkmilləşdirilməsi, maliyyə sektorunda tənzimləmələr, dövlət maliyyə idarəçiliyi və ictimai inzibati proseslərdə şəffaflığın artırılması istiqamətində aparılan islahatlar institusional idarəetmənin daha da yaxşılaşacağına əsas verir. Aşağı borc yükü və xalis aktivlərin mövqeyi ilə güclü hökumət balans hesabatı, həmçinin çox yüksək borc ödəmə qabiliyyəti ölkənin güclü tərəfləri olaraq qalır.
Agentlik qeyd edir ki, Azərbaycanın güclü fiskal mövqeyi, möhkəm makroiqtisadi sabitliyin qlobal şoklar və neft qiymətlərinin dəyişkənlik dövründə davamlı olaraq qorunması fiskal dayanıqlığı daha da möhkəmləndirməkdədir. Müsbət proqnoz həmçinin hesabatlılıq sahəsində davam edən potensial inkişafı da əhatə edir. Xarici investisiyaların cəlb edilməsi istiqamətində səylər genişlənir, hüquqi və tənzimləyici çərçivələr üzrə islahatlar davam edir ki, bu da şəffaflıq və hesabatlılığın gücləndirilməsinə kömək edir.
“Moody’s”in qənaətinə görə, Azərbaycanın bölgədə nəqliyyat və yaşıl enerji mərkəzi kimi mövqeyini möhkəmləndirmək yönündə davamlı səyləri nəqliyyat-logistika, tikinti və turizm kimi qeyri-neft sektorlarında davamlı və əhəmiyyətli artımlara imkan verir. Əlverişli coğrafi mövqeyə malik olması və TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhlizdə artan fəaliyyəti logistika sektorunda əlverişli nəticələr yaradacaq və iqtisadiyyatın digər sahələrinə müsbət təsir göstərərək böyük investisiyaları cəlb edəcəkdir. Eləcə də, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin davamlı inkişafı iqtisadiyyatın şaxələndirilməsi istiqamətlərini güclü şəkildə dəstəkləyir. Bütün bu amillər reytinqin yüksəldilməsində təsiredici rol oynayan başlıca amillər kimi çıxış etməkdədir.
Agentliyin ehtimallarına görə, iqtisadiyyatın şaxələndirilməsinə baxmayaraq, Azərbaycan orta və uzun müddətdə neft-qaz gəlirlərindən faydalanmağa davam edəcəkdir. Büdcə transferlərindən asılılığın azaldılması səyləri ilə yanaşı, Dövlət Neft Fondunun aktivlərinin artması fiskal təhlükəsizliyi genişləndirəcək və şok dövrlərində iqtisadiyyata dəstək üçün mövcud olan resursları artıracaqdır.
Qeyd edək ki, “Moody’s Ratings” beynəlxalq reytinq agentliyinin nümayəndələrinin cari ilin 19-21 may tarixlərində Azərbaycana səfəri zamanı aidiyyəti dövlət qurumlarında, o cümlədən Azərbaycan Respublikası Maliyyə Nazirliyində görüşlər keçirilib, həmin görüşlərdə aparılan müzakirələr və təqdim olunmuş məlumatlar əsasında reytinq agentliyi tərəfindən ölkənin kredit reytinqi yenidən qiymətləndirilib.
18 İyul 10:52
18 İyul 10:42
18 İyul 10:25
18 İyul 10:18
18 İyul 09:59
18 İyul 09:57
18 İyul 09:33
18 İyul 09:20
18 İyul 08:57
18 İyul 08:53
18 İyul 08:48
18 İyul 08:45
18 İyul 08:41
18 İyul 08:34
18 İyul 08:29
18 İyul 08:24
18 İyul 08:19
18 İyul 08:14
18 İyul 08:11
18 İyul 08:08
18 İyul 08:04
18 İyul 07:26
18 İyul 07:24
18 İyul 07:22
18 İyul 07:21
18 İyul 07:05
18 İyul 01:17
18 İyul 01:13
18 İyul 01:08
17 İyul 22:27
17 İyul 22:14
17 İyul 21:52
17 İyul 21:39
17 İyul 20:15
17 İyul 19:54
17 İyul 19:39
17 İyul 18:26
17 İyul 18:25
17 İyul 18:20
17 İyul 17:43
17 İyul 17:28
17 İyul 17:18
17 İyul 17:12
17 İyul 17:07
17 İyul 17:04
17 İyul 16:42
17 İyul 16:37
17 İyul 16:27
17 İyul 16:26
17 İyul 16:10
17 İyul 16:03
17 İyul 15:51
17 İyul 15:45
17 İyul 15:28
17 İyul 15:06
17 İyul 14:52
17 İyul 14:47
17 İyul 14:31
17 İyul 14:28
17 İyul 14:16
17 İyul 14:06
17 İyul 14:05
17 İyul 14:01
17 İyul 13:56
17 İyul 13:50
17 İyul 13:46
17 İyul 13:43
17 İyul 13:27
17 İyul 12:29
17 İyul 12:25
17 İyul 12:21
17 İyul 12:19
17 İyul 12:00
17 İyul 11:26
17 İyul 11:18
17 İyul 11:15
17 İyul 11:10
17 İyul 11:07
17 İyul 10:55
17 İyul 10:34
17 İyul 10:32
17 İyul 10:07
17 İyul 09:51
17 İyul 09:47
17 İyul 09:46
17 İyul 09:46
17 İyul 09:12
17 İyul 09:00
17 İyul 08:55
17 İyul 08:53
17 İyul 08:50
17 İyul 08:44
17 İyul 08:42
17 İyul 08:37
17 İyul 08:33
17 İyul 08:27
17 İyul 08:21
17 İyul 08:16
17 İyul 08:12
17 İyul 08:09
17 İyul 08:04
17 İyul 07:26
17 İyul 07:24
17 İyul 07:21
17 İyul 07:17
17 İyul 07:13
16 İyul 23:45
16 İyul 23:43
16 İyul 23:30
16 İyul 23:27
16 İyul 22:32
16 İyul 21:59
16 İyul 21:59
16 İyul 21:57
16 İyul 21:53
16 İyul 21:45
16 İyul 21:38
16 İyul 21:07
16 İyul 20:59
16 İyul 20:23
16 İyul 19:45
16 İyul 19:20
16 İyul 19:18
16 İyul 19:03
16 İyul 18:15
16 İyul 18:13
16 İyul 18:09
16 İyul 18:05
16 İyul 17:52
16 İyul 17:41
16 İyul 17:19
16 İyul 17:10
16 İyul 17:02
16 İyul 16:42
16 İyul 16:24
16 İyul 16:14
16 İyul 16:07
16 İyul 15:59
16 İyul 15:43
16 İyul 15:40
16 İyul 15:21
16 İyul 15:12
16 İyul 14:56
16 İyul 14:37
16 İyul 14:27
16 İyul 14:18
16 İyul 14:08
16 İyul 14:07
16 İyul 13:22
16 İyul 13:20
Ən son xəbərləri səhifəmizdən də izləyin