İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Azərbaycanın beynəlxalq və regional səviyyədə qurduğu münasibətlərin iqtisadi sistemdə tutduğu fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. 1992-ci ildən bəri ECO-nun üzvü olan Azərbaycan bu təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir. Ölkəmiz ECO-ya üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir. Azərbaycanın ECO çərçivəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş maraqları kompleks və strateji xarakter daşıyır. Bu qurumla əlaqələrin inkişafı ölkəmizin regional və beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsinə xidmət edir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib ki, Azərbaycan fəal liderlik tərzi ilə beynəlxalq münasibətlər sistemində ardıcıl addımlar atır.
Deputat bildirib ki, bu addımlar ayrı-ayrı dövlətlərlə olduğu qədər təşkilatlar çərçivəsində də öz müsbət nəticəsini göstərir:
“İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın fəal iştirak etdiyi, öz töhfələrini verdiyi təşkilatlardan biridir. Böyük bir coğrafiyanı əhatə edən, müxtəlif fikirləri və fərqli yanaşmaları olan aktorları özündə birləşdirən qurum olsa da, sözügedən təsisat əməkdaşlığı da son dərəcə zəruri edir. Etiraf olunmalıdır ki, təşkilata üzv dövlətlərin özləri arasında belə zaman-zaman qarşıdurma, sərt riktorikanın bəzən açıq, bəzən də gizli formada şahidi olmuşuq. Lakin keçilən yol sonrası önümüzdə formalaşan bugünkü mənzərə onu deməyə əsas verir ki, deməli, ziddiyyətləri aşa bilmək olur, bundan fərqli bir yol isə yoxdur. Azərbaycan sözügedən təşkilat daxilində də, təsisata üzv olan dövlətlərlə ayrı-ayrılıqda da dinamik münasibətlərə malikdir. Azərbaycan Prezidenti yürütdüyü siyasətlə liderlik üslubunun bütün üstünlüklərini nümayiş etdirir. Azərbaycan əməkdaşlıq mühitinin yaradılmasına və təşəbbüskarlığın, innovativliyin artmasına çalışır. Cəhd edilən bu istiqamətlər təşkilat daxilində də proaktiv davranış fəaliyyətinin getdikcə daha vacib komponenti halına gəlib. Azərbaycan proaktiv siyasətində fəal şəxsiyyət, şəxsi təşəbbüskarlıq, rol genişliyi və məsuliyyət üstlənmək vəzifələrini üzərinə götürür. Bunun nəticəsidir ki, fəal rolumuz həm regional, həm də beynəlxalq iqtisadi sistemdə müsbət dəyərləndirilir. Təşkilata üzv dövlətlər Avropa və Çin arasında olmaqla böyük əraziyə, resurslara, iqtisadi potensiala baxmayaraq ziddiyyətlərlə dolu məsələləri də əhatə edir. Buna baxmayaraq siyasi, iqtisadi, nəqliyyat, ticarət, enerji, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlıq davam edir. Arealı geniş olan bütün bu sektorlarda strateji yanaşma olduqca vacibdir. Azərbaycanın rolu həm də bununla xarakterizə olunur ki, o, Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzində yer alır. Beynəlxalq yükdaşımalar Azərbaycanın iştirakı ilə icra olunur. Nəzərə alsaq ki, enerji təhlüəsizliyi milli təhlükəsizlik deməkdir, o zaman Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələrin təşkilatın üzv olduğu dövlətlərin ərazisində enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu vurğulanmalıdır. Son illərdə Azərbaycan bərpaolunan enerji, təmiz enerji ilə bağlı əhəmiyyətli addımlar atır. Bakıda ECO regionu üçün “Təmiz Enerji Mərkəzi”nin yaradılması ilə əlaqədar diskussiyalar gedir ki, bu da sözügedən sektor üzrə Azərbaycanın öncül yerdə dayandığının göstəricisidir. Dünyanın diqqət mərkəzi Azərbaycanda, Qarabağda, məhz Xankəndidə fokuslanacaq. Bu amilin özü özlüyündə artıq bir hadisədir”.
İqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, ECO Azərbaycan üçün strateji əhəmiyyətli qurumdur:
“Azərbaycanın ECO-ya üzv olan ölkələrlə bir çox sahədə əməkdaşlığı mövcuddur. Təşkilatın üzvləri arasında yer alan Mərkəzi Asiya ölkələri, Türkiyə, Pakistan, Əfqanıstan və İran Azərbaycanla dost dövlətdir. Bu dövlətlərin hər biri Azərbaycanın əhəmiyyətli ticarət, investisiya partnyorlarıdır. Xüsusilə, Türk Dövlətləri Təşkilatının ECO-da təmsil olunması, Türkiyə və Pakistanın həlledici rola malik olması Azərbaycanın bu qurumda iştirakını zəruri edir. Azərbaycanın xarici insvestisiyalarının əsas hissəsi Türkiyəyə yönəlib. Bu ölkəyə Azərbaycan 24 milyard dollardan çox investisiya qoyub, Pakistana isə 2 milyard dollara qədər investisiya qoymağa hazırlaşır. Mərkəzi Asiya ölkələri ilə genişlənən ciddi əməkdaşlıq mövcuddur. İran ölkəmiz üçün həm tranzit baxımından, həm də ticari, iqtisadi əlaqələr baxımından mühüm əhəmiyyət kəsb edir. ECO-nun üzvlərinin hər birinin sürətli iqtisadi artım nümayiş etdirməsi bu qurumun perspektivi barədə vacib imkanlar yaradır. Xüsusilə, Orta Dəhlizin aktuallaşması, ECO üzvlərinin bir çoxunun bu Dəhlizdə birbaşa iştirakı ölkələr arasında sadələşmiş ticarət qaydalarının tətbiqini və tranzit imkanlarının genişlənməsi üçün ortada olan müəyyən problemlərin koordinasiyalı sürətdə həllini zəruri edir. Tədbirin Qarabağda, Xankəndidə keçirilməsinin də xüsusi əhəmiyyəti var. Qonaqların Qarabağda aparılan bərpa-quruculuq işləri ilə tanışlığı, işğaldan azad olunmuş ərazilərə investisiya imkanlarının müzakirəsi baxımından mühümdür. Tədbirin gündəliyi iqtisadi və iqlim məsələlərindən ibarətdir. Hər kəs bilir ki, Azərbaycan həm qlobal, həm də regional miqyasda aktiv oyunçudur. Bu baxımdan, dost dövlətlərin təşkilatı olan ECO-nun 17-ci Zirvə görüşündə dövlətlər arasında əlaqələrin yaxşılaşdırılması, mövcud problemlərin müzakirəsi, münasibətlərin inkişafı baxımından əhəmiyyətli platforma olacaq”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova
18 İyul 12:10
18 İyul 12:09
18 İyul 12:07
18 İyul 12:04
18 İyul 11:45
18 İyul 11:34
18 İyul 11:27
18 İyul 10:52
18 İyul 10:42
18 İyul 10:25
18 İyul 10:18
18 İyul 09:59
18 İyul 09:57
18 İyul 09:33
18 İyul 09:20
18 İyul 08:57
18 İyul 08:53
18 İyul 08:48
18 İyul 08:45
18 İyul 08:41
18 İyul 08:34
18 İyul 08:29
18 İyul 08:24
18 İyul 08:19
18 İyul 08:14
18 İyul 08:11
18 İyul 08:08
18 İyul 08:04
18 İyul 07:26
18 İyul 07:24
18 İyul 07:22
18 İyul 07:21
18 İyul 07:05
18 İyul 01:17
18 İyul 01:13
18 İyul 01:08
17 İyul 22:27
17 İyul 22:14
17 İyul 21:52
17 İyul 21:39
17 İyul 20:15
17 İyul 19:54
17 İyul 19:39
17 İyul 18:26
17 İyul 18:25
17 İyul 18:20
17 İyul 17:43
17 İyul 17:28
17 İyul 17:18
17 İyul 17:12
17 İyul 17:07
17 İyul 17:04
17 İyul 16:42
17 İyul 16:37
17 İyul 16:27
17 İyul 16:26
17 İyul 16:10
17 İyul 16:03
17 İyul 15:51
17 İyul 15:45
17 İyul 15:28
17 İyul 15:06
17 İyul 14:52
17 İyul 14:47
17 İyul 14:31
17 İyul 14:28
17 İyul 14:16
17 İyul 14:06
17 İyul 14:05
17 İyul 14:01
17 İyul 13:56
17 İyul 13:50
17 İyul 13:46
17 İyul 13:43
17 İyul 13:27
17 İyul 12:29
17 İyul 12:25
17 İyul 12:21
17 İyul 12:19
17 İyul 12:00
17 İyul 11:26
17 İyul 11:18
17 İyul 11:15
17 İyul 11:10
17 İyul 11:07
17 İyul 10:55
17 İyul 10:34
17 İyul 10:32
17 İyul 10:07
17 İyul 09:51
17 İyul 09:47
17 İyul 09:46
17 İyul 09:46
17 İyul 09:12
17 İyul 09:00
17 İyul 08:55
17 İyul 08:53
17 İyul 08:50
17 İyul 08:44
17 İyul 08:42
17 İyul 08:37
17 İyul 08:33
17 İyul 08:27
17 İyul 08:21
17 İyul 08:16
17 İyul 08:12
17 İyul 08:09
17 İyul 08:04
17 İyul 07:26
17 İyul 07:24
17 İyul 07:21
17 İyul 07:17
17 İyul 07:13
16 İyul 23:45
16 İyul 23:43
16 İyul 23:30
16 İyul 23:27
16 İyul 22:32
16 İyul 21:59
16 İyul 21:59
16 İyul 21:57
16 İyul 21:53
16 İyul 21:45
16 İyul 21:38
16 İyul 21:07
16 İyul 20:59
16 İyul 20:23
16 İyul 19:45
16 İyul 19:20
16 İyul 19:18
16 İyul 19:03
16 İyul 18:15
16 İyul 18:13
16 İyul 18:09
16 İyul 18:05
16 İyul 17:52
16 İyul 17:41
16 İyul 17:19
16 İyul 17:10
16 İyul 17:02
16 İyul 16:42
16 İyul 16:24
16 İyul 16:14
16 İyul 16:07
16 İyul 15:59
16 İyul 15:43
16 İyul 15:40
16 İyul 15:21
16 İyul 15:12
16 İyul 14:56
Ən son xəbərləri səhifəmizdən də izləyin