BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda sabiq nazirin həyat yodaşı koronavirusdan vəfat etdi

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

Pravda.az-ın xəbərinə görə, bu barədə sabiq nazirin ailə üzvlərindən məlumat daxil olub.

Bildirilib ki, F.Ələkbərovun anası Ruqiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova  dünyasını dəyişib. 

"Ruqiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyib. Ruqiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi", məlumatda bildirilib.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.Report


Tarix: 12 İyul 2020, 19:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin