BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayraq qalmaqalı böyüyür – İcra nümayəndəsinin dediklərinə faktla cavab verildi – VİDEO

Ağsu Rayon İcra Hakimiyyətinin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyinin binasının qarşısındakı bayrağın yararsız hala düşməsi geniş rezonansa səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, bayrağın yararsız hala düşməsini əks etdirən fotonu fotoqraf Orxan Əzim paylaşıb. O, sosial şəbəkədəki paylaşımında “Bu bayraq Ağsu Rayon İcra Hakimiyyəti Bico kənd ərazisi üzrə icra nümayəndəliyinin binasının qarşısında asılıb. Bu qədər də yox!” qeydini yazıb.

 

Ağsu Rayon İcra Hakimiyyətinin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəhlul Mahmudov məsələyə münasibət bildirib, yayılan məlumatın həqiqətəuyğun olmadığını qeyd edib.

 

İcra nümayəndəsi deyib ki, fotodakı bayraq şəklinin Bico kənd ərazi nümayəndəliyinə heç bir aidiyyəti yoxdur və həmin şəkildəki parçalanmış bayraq başqa ərazidə çəkilib: “İyunun 21-də Bico kəndi ərazisində güclü külək olub və həmin vaxt həmçinin kənd ərazisində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın başlayıb. Mən də nümayəndəlikdən çıxıb yanğın olan əraziyə yollanmışam. Axşam saatlarında yanğının qarşısı alınıb və mən nümayəndəliyə qayıdanda görmüşəm ki, inzibati binanın qarşısındakı bayraq küləyin gücündən süzülüb. Dərhal bayraq çıxarılıb və yenisi ilə əvəzlənib. Kənd ərazisində yaşayan bəzi şəxslər qərəz nümayiş etdirərək hardansa köhnə və cırılmış bayraq fotosu taparaq fotoqraf Orxan Əzimlə birlikdə həmin şəkli sosial şəbəkələrdə paylaşıb. Hazırda inzibati binanın qarşısındakı bayraq təzədir, istənilən şəxs bunun şahidi ola bilər. Bir daha qeyd edim ki, sosial şəbəkədə paylaşılan şəkil Bico kənd Ərazi Nümayəndəliyinin qarşısından çəkilməyib".

 

Fotoqraf Orxan Əzim icra nümayəndəsinə cavab olaraq ərazidən çəkdiyi videonu təqdim edib və bildirib ki, bayraq məsələsi həssas mövzudur, ona görə hər kəs ifadə etdiyi fikirdə diqqətli olmalıdır.

 

O.Əzimin çəkdiyi videonu təqdim edirik:

 

Bayraq qalmaqalı böyüdü from Pravda on Vimeo.

Fotoları təqdim edirik
Tarix: 12 İyul 2020, 21:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin