BURADA REKLAMINIZ OLA
BİLƏR

MN cəbhədəki vəziyyətlə bağlı yeni məlumat yaydı: Zabit və əsgərlərimiz düşmənə ağır artilleriya və digər vasitələrlə cavab verir

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub.

 

Bu barədə Pravda.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

 

"Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür. Hazırda vəziyyət nəzarətdədir. Zabit və əsgərlərimiz düşmənə ağır artilleriya və digər vasitələrlə cavab verir".-deyə, məlumatda qeyd olunub.

Tarix: 13 İyul 2020, 01:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin