BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda evliliklərin davametmə müddəti açıqlandı

Azərbaycanda evliliklərin davametmə müddəti açıqlanıb.

 

Pravda.az-ın “Report”a istinadən məlumatına görə, 2023-cü ildə 21 min 688 boşanma qeydə alınıb.

 

Belə ki, pozulan 5 min 814 nikah 5 ilə qədər davam edib.

 

Həmçinin sözügedən dövrdə 5-9-il müddətinə davam edən nikahlardan 5 805-i pozulub.

 

Bundan əlavə, 7 min 735 nikah 10-19 il sürüb.

 

20 ildən çox davam edən 2 min 334 nikah isə 2023-cü ildə sona çatıb.

Tarix: 8 İyul 2025, 16:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin