BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazaxıstanda sərnişinin ölümünə səbəb olan azərbaycanlıya hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Yusif Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 29 iyun 2019-cu il tarixdə, saat 03 radələrində Qazaxıstanın Jitikar şəhəri, Lenin küçəsində qeydə alınıb.

 

Belə ki, Azərbaycan vətəndaşı Yusif Yusifov ayıq vəziyyətdə idarə etdiyi “VAZ-2114” markalı minik avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın yolun sol tərəfinə keçib ağac və beton dirəyə çırpılıb. Nəticədə maşında olan sərnişin Alişer Kelimanov ölüb.

 

Qeyd: Yusif Yusifov Qazaxıstanda taksi fəaliyyəti ilə məşğul olub.

 

Kamal Məmmədov

 

Tarix: 9 İyul 2025, 08:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin