BURADA REKLAMINIZ OLA
BİLƏR

"Camal LTD" şirkətin pulunu mənimsəyən əməkdaşına elektron qolbaq taxıldı

 

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Xudat Məmmədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Binəqədi Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona 2 il müddətə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzası qəti olaraq təyin edilmiş 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına birləşdirilib.

 

İttihama görə, Xudat Məmmədov 15 avqust 2023-cü il tarixdən 09 aprel 2024-cü il tarixədək olan dövr ərzində "Camal LTD" şirkətində satış təmsilçisi-merçendayzer vəzifəsində işləyib. O, çalışdığı müddətdə şirkətin 7 750,21 manat pulunu mənimsəyib.

 

Kamal Məmmədov

Tarix: 9 İyul 2025, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin