BURADA REKLAMINIZ OLA
BİLƏR

Ədliyyə Nazirliyi bu xidmətlərə 4 milyon xərcləyəcək

Ədliyyə Nazirliyi istismarda olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturunun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinə 3 970 892 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Bestcomp Group” QSC həyata keçirəcək.

 

Nazirlik və QSC arasında müqavilə bağlanıb.

 

Qeyd: QSC milyonluq tenderləri əldə edən əsas qurumlardandır. “Bestcomp Group”un fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir.

 

Cabir

Tarix: 9 İyul 2025, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin