BURADA REKLAMINIZ OLA
BİLƏR

Həşərat sancmalarına qarşı effektiv üsullar

Həşərat sancmaları əksər hallarda yüngül keçir və ev şəraitində müalicə edilə bilər.


Pravda.az bildirir ki, iki gün ərzində keçən qaşınma, şişkinlik və göynəmə kimi əlamətlərlə müşayiət oluna bilər. Lakin bəzən bəzi sancmalar virus, bakteriya və ya parazit yoluxmasına səbəb ola bilər.


Həşərat sancması necə yaranır?


Sancma zamanı həşərat dərini deşərək qidalanır. Sancılan nahiyədə ağrı, şişkinlik və qızartı müşahidə olunur. Sancma yüngüldürsə, bir neçə günə sağalır. İnfeksiyaya səbəb olarsa, həkim müdaxiləsi vacibdir.


Həşərat sancmasına qarşı nə etmək olar?
 

Sancılmış nahiyəni sabun və su ilə yuyun.


Şişi azaltmaq üçün nahiyəyə 20 dəqiqə soyuq kompres qoyun.


Ətrafı yuxarıda saxlamaq şişin qarşısını alar.


Ağrı və qaşınma üçün parasetamol və ya antihistaminik dərmanlardan istifadə edin.


Hidrokortizon tərkibli kremlər də kömək edə bilər.
 

Əlamətlər pisləşərsə və ya keçməzsə, həkimə müraciət edin.


Uşaqlarda həşərat sancmasına qarşı nə etməli?
 

Sancılan nahiyəni sabun və su ilə təmizləyin.

Uşağın sancmanı qaşımasının qarşısını alın.

Soyuq kompres və nəmləndirici kremlər tətbiq edin.

Ehtiyac olarsa, ağız yolu ilə verilən antihistaminiklərdən istifadə edilə bilər.

Ağrı və şiş azalmırsa və ya pisləşirsə, həkimə müraciət edin.


Şiş və qızartıya nə yaxşı təsir edir?


Buz torbası ilə kompres şişi və qızartını azaldır.

Aloe vera jeli, antiseptik kremlər və karbonatlı qarışım istifadə edilə bilər.

Ağızdan qəbul edilən antihistaminiklər əlamətləri yüngülləşdirir.


Allergiya riskinə qarşı nə etmək lazımdır?


Ciddi allergik reaksiya zamanı dərhal tibbi müdaxilə tələb olunur. Gələcəkdə riskin qarşısını almaq üçün zəhər immunoterapiyası tətbiq edilə bilər.


Əminə Bayramova 

Tarix: 9 İyul 2025, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin