BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlilabad sakini Mehriban Əliyevaya müraciət etdi: “Oğluma şəhid status ala bilmirəm”

Cəlilabad rayon sakini Nəhməd Əhmədov 20 ildir ki, oğluna şəhid statusu ala bilmir.

 

N.Əhmədov Pravda.az-a açıqlamasında bildirib ki, oğlu Əhmədov Rza Nəhməd oğlu 1980-ci il fevralın 3-də Cəlilabad rayonunun Muğan kəndində anadan olub. 1986-ci ildə Muğan kənd orta məktəbində 1-ci sinifə daxil olub. 1997-ci ildə orta məktəbi bitirib. 1998-ci aprelin 9-da hərbi xidmətə yollanıb. 1999-cu il noyabrın 4-də Tərtər rayonunun Marquşavan kəndi yaxınlığında xidmət etdiyi postda naməlum şəraitdə həlak olub.

 

N.Əhmədovun sözlərinə görə, dəfn zamanı oğlunun sol qolunda sarğı var imiş. Ata daha sonra oğlunun xidmət etdiyi hərbi hissəyə gedərək, onun ölümü barədə arayış istəyib. Hərbi hissədən oğlunun ölüm səbəbi kimi qazlı qanqrena xəstəliyi olması barədə arayış verilir. Ata bununla razılaşmır, o oğlunun xəstəlikdən ölməsinə inanmır.

 

N.Əhmədov oğluna şəhid statusunun verilməsini və onun adının əbədiləşdirilməsini xahiş edir: “Prezident İlham Əliyevdən və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan xahiş edirəm, məsələnin dəqiq araşdırılması üçün tapşırıq versinlər”.

 

Qeyd edək ki, R.Əhmədov doğulduğu kənddə dəfn edilib.

Fotoları təqdim edirik
Tarix: 11 Dekabr 2019, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin