BURADA REKLAMINIZ OLA
BİLƏR

Oğul atasını xərcləmək üçün az pul verdiyinə görə bıçaqladı - MƏHKƏMƏ

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ömər Əkbərlinin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub və o, cinayət məsuliyyətindən və cəzadan azad olunub. Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilib. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.


İttihama görə, hadisə 14 iyul 2024-cü il tarixdə, saat 00:00 radələrində Ağdaş şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.
 

Belə ki, Ömər Əkbərli yaşadıqları fərdi yaşayış evində atası, zərərçəkmiş Kamran Əkbərlidən (adı, soyadı şərtidir) xərcləmək üçün pul istəyib. Atası da ona az məbləğdə - 12 manat pul verib. Buna görə ata ilə oğul arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman Ömər mətbəxə gedərək bıçaq götürüb atasının yanına qayıdıb. Sonra o, mübahisəni davam etdirib və nəticədə oğul atasının qarın nahiyəsinə qəsdən 3 zərbə endirərək, Kamran Əkbərlinin sağlamlığına ağır zərər vuran xəsarətlər yetirib.
 

Daha sonra Ömər Əkbərlinin cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi məlum olub.

Kamal Məmmədov 

Tarix: 10 İyul 2025, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin