BURADA REKLAMINIZ OLA
BİLƏR

Süd dişləri niyə çürüməməlidir?

Ağız və dişlər həzm sisteminin ilk və ən vacib halqasıdır. Körpəlik dövründən başlayaraq süd dişlərinin qorunması uşağın düzgün danışması, çeynəməsi və üz-çənə inkişafı üçün vacibdir.


Pravda.az bildirir ki, estetik və funksional baxımdan əhəmiyyətli olan bu dişlər, daimi dişlərin düzgün çıxışına da zəmin yaradır.


Süd dişləri normal dişlərə nisbətən daha çox orqanik maddə ehtiva etdiyindən daha tez çürüyür. Çürük erkən mərhələdə soyuq və isti həssaslığı ilə özünü göstərsə də, uşaqlar bu əlamətləri vaxtında dərk edə bilmədikləri üçün çox vaxt gecikmiş müalicəyə ehtiyac yaranır.


Diş sağlamlığı üçün nə etməli?


Uşaqlarda ilk diş çıxdığı andan etibarən diş həkimi müayinələri başlanmalı, ən azı 3-6 ayda bir davam etdirilməlidir. 1 yaşdan sonra dişlər macunsuz, yumşaq fırça ilə təmizlənməlidir. 2 yaşından etibarən isə fluoridsiz uşaq macunları ilə gündə 2 dəfə fırçalama tövsiyə edilir.


Çürük nəticəsində itirilən dişlər uşağın üz quruluşuna və daimi dişlərin düzülüşünə mənfi təsir göstərir.


Unutmayın, ağızda ilk daimi dişlər 6 yaşda çıxır və bu dişlər bir ömür dəyişmir. Süt dişlərinin vaxtından əvvəl itirilməsi diş düzülməsində pozuntulara səbəb ola bilər.


Əminə Bayramova 

Tarix: 10 İyul 2025, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin