BURADA REKLAMINIZ OLA
BİLƏR

Topuq ağrısı nədən yaranır və necə aradan qaldırılır?

Topuq ağrısı çox vaxt dar ayaqqabı geyinməkdən və ya həddindən artıq fiziki fəaliyyət göstərməkdən qaynaqlanır.


Pravda.az bildirir ki, piylənmə, düzgün oturmayan ayaqqabılar, sərt səthlərdə qaçmaq, ayağın içəri basması, zədələnmələr və bəzi xəstəliklər (diabet, artrit, bursit) də bu narahatlığa səbəb ola bilər.


Topuq ağrısının ən geniş yayılmış səbəbləri plantar fasiit (topuğun alt hissəsini təsir edir) və Aşil tendiniti (topuğun arxasını təsir edir) kimi vəziyyətlərdir. Risk qrupuna orta yaşlılar, idmanla məşğul olanlar, artıq çəkili şəxslər, uzun müddət ayaq üstə qalanlar və hamilə qadınlar daxildir.


Necə diaqnoz qoyulur?


Həkimlər topuq ağrısının səbəbini pasiyentin tibbi tarixçəsi, fiziki müayinə və rentgen görüntüləri vasitəsilə müəyyən edir.


Müalicə yolları:


Əksər hallarda cərrahi müdaxiləyə ehtiyac olmur. Ağrını azaltmaq və rahatlıq yaratmaq üçün aşağıdakı üsullar tətbiq olunur:


Steroid inyeksiyaları və iltihabəleyhinə dərmanlar

Ortopedik ayaqqabı altlıqları və dəstəkləyici atel

Fizioterapiya, masaj və soyuducu kompreslər

Topuq ətrafı gerilmə hərəkətləri


Evdə hansı tədbirlər görülə bilər?


Dinclik və istirahət

Soyuq kompres və rahat ayaqqabı

Yumşaq dabanlıq və dəstəkli sarğı

Çəkinin azaldılması və yüngül məşqlər


Nə zaman həkimə müraciət etməli?


Bir neçə həftə keçməsinə baxmayaraq ağrı keçmirsə

Ağrı getdikcə artır və ya hərəkəti çətinləşdirirsə

Ayaqda şişlik, sərtlik və iltihab varsa


Qarşısının alınması:


Topuq ağrısını önləmək üçün düzgün ayaqqabı seçimi, müntəzəm gərilmə məşqləri və çəki nəzarəti vacibdir.


Topuq ağrısı əhəmiyyətli bir narahatlıqdır və erkən diaqnozla müalicəsi mümkündür. Simptomlar davam edərsə, ortoped həkiminə müraciət etmək məsləhətdir.


Əminə Bayramova

Tarix: 10 İyul 2025, 14:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin