BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir iddialara cavab verdi: "Biz də haray salarıq..."

"Liseylərə təkrar imtahanla bağlı yayılan iddialar doğru deyil, təkrar imtahan olmayacaq".

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

O bildirib ki, 99% nəticə ilə heç bir problem yoxdur.

 

Onun sözlərinə görə, 200-ə yaxın işlə bağlı problem var və onlar da texniki səbəblərdir:

 

"Onların hamısı ilə də üz-üzə danışmağa hazırıq. Vətəndaşlar, müəllimlər bizi aldatmağa çalışmasınlar. Kimsə haray salıb keçmək istəsə, biz də haray salarıq. Prosesdə hər hansı qanun pozuntusu olarsa, hüquq mühafizə orqanlarına müraciət edirik. Bütün imtahanlara həssaslıqla yanaşılır".

 

Teleqraf.az

Tarix: 10 İyul 2025, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin