BURADA REKLAMINIZ OLA
BİLƏR

Rubio: Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur

ABŞ Ukraynadakı münaqişəyə son qoymaq üçün yol xəritəsini görmək istəyir.

 

Bunu ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra bildirib.

 

ABŞ dövlət katibi Lavrovla görüşünü səmimi və vacib adlandırıb.

 

Rubio əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna məsələsində Rusiya tərəfindən çevikliyin olmamasından məyusdur.

 

Onun sözlərinə görə, Tramp administrasiyası Senatla Rusiyaya qarşı sanksiya qanun layihəsinin necə görünəcəyi ilə bağlı danışıqlar aparır.

 

Rubio qeyd edib ki, ABŞ Ukraynadakı münaqişəyə son qoymaq üçün yol xəritəsini görmək istəyir.

 

APA

Tarix: 10 İyul 2025, 16:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin