BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sülh gündəliyini qalib Azərbaycan müəyyənləşdirir” - RƏY

“Əbu-Dabidə Azərbaycanla Ermənistan arasında aparılan danışıqların vasitəçisiz baş tutması sülh prosesinin sürətlənməsinə yeni bir impuls verilməsi deməkdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Milli Məclisin deputatı Azər Badamov saxlanıldı Pravda.az

Deputat bildirib ki, artıq Azərbaycan və Ermənistan sülh prosesini ləngidən vasitəçilərdən imtina edir və bu da regionumuza sülhün gəlməsində maraqlı olduğumuzu göstərir: “Dörd saatdan çox davam edən görüş geniş gündəliyə malik olub və tərəflər sülh prosesinin tezləşdirlməsi üçün hansı addımların atılmasının vacib olduğunu razılaşdırblar. Belə ki, sərhədlərin delimitasiyası işinin sürətləndirlməsi üçün müvafiq komissiyaya tapşırıqların verilməsi və tərəflərin  həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəlməsi müsbət irəliləyişdir. Sülh prosesi kompleks hərkətlərin icrasını vacib edir. Bu baxımdan danışıqlar prosesinin ikitərəfli formatda davam etdirliməsinin razılaşdırılması müəyyən hərkətlərin icra olunacağına və yaxın zamanda yenidən növbəti görüşün keçiriləcəyi ilə bağlı fikir yürütməyimizə imkan verir. Sülh gündəliyini qalib tərəf olaraq Azərbaycan müəyyənləşdirir. Ermənistan isə müəyyənləşmiş gündəliyi icra etməlidir. Yəni müəyyənləşdirdiyimiz gündəlik beynəlxalq hüquqa söykəndiyindən burda əlavə fikir ayrılıqlarının yaranmasına imkan qalmır. Keçirilmiş görüşdə Prezident İham Əliyevin liderliyi açıq-aydın şəkildə bir daha müşahidə olundu. Bəli, məhz Azərbaycanın yaratdığı yeni reallıqla regionumuza sülh və əməkdaşlıq gələcəkdir. Bunun üçün Ermənistanın danışıqlarda razılaşdılmış məsələlərin tez bir zamanda realllıqda icra edilməsi və konstruktiv yanaşması vacibdir”.

 

Aytəkin Qardaşova

Tarix: 10 İyul 2025, 18:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin