BURADA REKLAMINIZ OLA
BİLƏR

18 yaşlı şəhidin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.

 

Düşmən hücumunun qarşısını alarkən əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz şəhid olub.

 

"Qafqazinfo"nun məlumatına görə, Xəyyam Daşdəmirov əslən İsmayıllının Bilik kəndindəndir. 2002-ci il təvəllüdlü şəhid hərbi xidmətə 3 ay öncə yollanmışdı. O, Balik kənd orta məktəbindən bu il məzun olubmuş.

 

Artıq 18 yaşlı əsgərimizin nəşi dəfn edilmək üçün doğma kəndinə gətirilib.

 

Qeyd edək ki, X.Daşdəmirovun özündən yaşca kiçik bir qardaşı var.

Fotoları təqdim edirik
Tarix: 13 İyul 2020, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin