“Azərbaycan və Ermənistan liderləri arasında uzun müddət gözlənilən görüşün indi baş tutması müsbət addımdır. Görüşün bu günə qədər olmayan platformada - Əbu-Dabidə, neytral platformada keçirilməsi isə xüsusi diqqət çəkir. Azərbaycan uzun dövr ərzində məhz ikitərəfli platformada görüşlərin keçirilməsi şərti ilə çıxış edən tərəf olub. Ayrı-ayrı siyasiləşmiş çevrələrin bu və ya digər şəkildə prosesdə vasitəçi qismində iştirakları nəticə etibarilə onların da maraqlarının masaya yatırılmasına gətirib çıxarırdı. Bu isə iki ölkə arasında problemləri aradan qaldırmaq yerinə, həm də üçüncü tərəfin maraqlarının müzakirə edilməsi məcburiyyətini ortaya qoyurdu. Əbu-Dabidə keçirilən görüşün görüntülərinə baxanda gördük ki, hər hansı üçüncü tərəfin iştirakı olmadı. Hətta faktiki olaraq Azərbaycanın ev sahibliyi ilə keçirilirmiş kimi göründü, çünki Ermənistan tərəfini qarşılayan məhz cənab Prezident İlham Əliyev idi”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib, hər iki tərəfin yaydığı məlumatlardan da göründüyü kimi, görüş kifayət qədər konstruktiv olub: “Birincisi, dörd saata yaxın görüşün keçirilməsi göstərir ki, ortada bir sıra məsələlərlə bağlı ciddi müzakirələr gedib. Xüsusilə, sülh sazişinin bağlanması, delimitasiya prosesi, ən əsası Zəngəzur dəhlizinin açılması - kommunikasiya blokadalarının aradan götürülməsi ilə bağlı müzakirələrin aparılması əvvəldən gözlənilirdi. Sonda müvafiq olaraq verilən tapşırıqlar və mövqelərin daha da yaxınlaşdırılması məsələləri barədə ayrı-ayrı işçi qruplarının iştirakı ilə razılaşdırılmış görüşlər keçirilməsi deməyə əsas verir ki, Azərbaycan və Ermənistan ikitərəfli platformalarda daha tez və müsbət nəticəyə gəlib çıxa biləcək danışıqlar apara bilirlər. Təbii ki, hər hansı sazişin imzalanacağı əvvəldən gözlənilirdi. Azərbaycanın irəli sürdüyü şərtlər hələ ki Ermənistan tərəfindən yerinə yetirilməyib. Ermənistan Konstitusiyasına dəyişiklik, ATƏT-in Minsk Qrupundan imtina və Zəngəzur dəhlizinin açılması şərtlərini özündə ehtiva edən hər hansı çərçivə sazişi və ya niyyət protokolunun imzalanması ehtimalı hər zaman var. Delimitasiya prosesinin sürətlənməsi istiqamətində işlər aparılacaq. Düşünürəm ki, bu istiqamətdə də tərəflər arasında bundan sonrakı mərhələdə müzakirələrə, xarici işlər nazirləri səviyyəsində də görüşlərin keçiriləcəyinə şahidlik edəcəyik. Müsbət məqamlar kifayət qədərdir. Görüşün keçirildiyi məkandan, iki tərəfli keçirilməsindən tutmuş əldə olunan nəticələrə, müzakirə olunan məsələlərə qədər müsbət dinamikanın getdiyini görürük. Bilirik ki, tərəflər ayrı-ayrılıqda indiyə qədər Zəngəzur dəhlizi ilə bağlı dəfələrlə mövqelərini ortaya qoyublar. İndi bu məsələnin də masaya yatırılması, xüsusilə, ABŞ, Türkiyə və digər maraqlı tərəflərin də yolların açılması ilə bağlı istəkləri deməyə əsas verir ki, bu istiqamətdə işlərin sürətləndirilməsinə şahidlik edəcəyik. Təbii ki, təhlükəsizlik, yola kimin nəzarət edəcəyi məsələləri də var. Bütün bunların hər birinin liderlər səviyyəsində müzakirəsindən başqa işçi qrupları səviyyəsində də müzakirəsinə ehtiyac var. Bu istiqamətdə addımlar atılacaq. Biz həm də Ermənistanın sülhə ehtiyacı olduğunu, Qərbin Ermənistana olan təzyiqlərini nəzərə alaraq qarşıdakı dönəmdə Ermənistan tərəfindən, nəhayət, sülh sazişinin imzalanması istiqamətində əməli addımların atıldığını görəcəyik. Demirəm ki, Ermənistan tez bir zamanda Konstitusiyada dəyişiklik həyata keçirəcək. Ən azından indi bu istiqamətdə prosesə start verilməsi hər hansı müsbət dinamikanı özündə ehtiva edir və yaxın perspektivdə Ermənistanın öhdəliklərini göstərən çərçivə sazişinin imzalanmasına gətirib çıxara bilər. Sülh sazişi isə Azərbaycanın şərtləri həyata keçiriləndən sonra mümkün olacaq. Azərbaycan hər zaman sülh istəyən, sülh gündəliyini təyin edən, sülh prosesini irəli aparan tərəf qismində çıxış edib. Müharibənin dayandırılmasından sonra sülh sazişinin imzalanması və sülh danışıqları ilə bağlı ilkin addımlar atan da məhz Azərbaycan olub. Növbəti mərhələ Ermənistanın addımlarından və bundan sonra qarşısına qoyulan şərtlər necə icra edəcəyindən asılı olacaq”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin