BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarpız çəyirdəyini atmayın: Orqanizminizə gözlənilməz təsirləri var

Qarpız tərkibindəki yüksək su miqdarı və antioksidantlar sayəsində ürək-damar sağlamlığını qoruyur, əzələ ağrılarını azaldır, həzm sistemini dəstəkləyir və dəriyə müsbət təsir göstərir.

 

Pravda.az bildirir ki, A və C vitamini, likopen, kalium və maqneziumla zəngin olan qarpız, təzyiqin tənzimlənməsi və susuzluğun qarşısının alınmasında da təsirlidir.

 

Qarpız çəyirdəkləri də sağlamlıq üçün faydalıdır. Onlar pis xolesterolu azaldır, yaddaşı gücləndirir, böyrək funksiyalarını yaxşılaşdırır və orqanizmdə iltihabı azaldır. Çəyirdəklər maqnezium və folatla zəngin olub, sinir sistemi və hüceyrə yenilənməsi üçün əhəmiyyətlidir.

 

Qeyd: Qarpız həmçinin təbii sidikqovucu təsirə malikdir və kollagen istehsalını artıraraq dəri və saç sağlamlığını dəstəkləyir.

 

Əminə Bayramova

Tarix: 11 İyul 2025, 16:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin