Reklam

“İsti hava yatmağa qoymur” deyənlər üçün 10 faydalı tövsiyə

Yay aylarında yüksək temperatur təkcə gündüzləri deyil, gecə saatlarında da insanın yuxu rejimini pozur. Mütəxəssislər isti havada keyfiyyətli yuxu üçün sadə, lakin təsirli tədbirlərin kifayət edə biləcəyini bildirir.

 

Pravda.az isti havada sağlam yuxu üçün tövsiyə edilən məqamları təqdim edir:

 

Yataq otağının sərin olması təmin edilməlidir; gündüzlər pərdələr çəkilməlidir.

 

Yatmazdan əvvəl otaq havalandırılmalı, lazım olduqda ventilyator və ya kondisionerdən istifadə edilməlidir (birbaşa üzü tutmamalıdır).

 

Pambıq parçalardan hazırlanmış yataq dəstləri seçilməli, sintetik parçalardan qaçınılmalıdır.

 

Yüngül və yağsız yeməklərə üstünlük verilməli, yatmazdan ən azı 3-4 saat əvvəl yemək dayandırılmalıdır.

 

Axşam ağır idmandan uzaq durulmalı, maye qəbuluna nəzarət olunmalıdır.

 

Çay, qəhvə, alkoqol və siqaret kimi yuxunu poza biləcək maddələrdən istifadə edilməməlidir.

 

Elektron cihazlar – televizor, telefon və s. – yataq otağında olmamalı və ya gecə rejiminə salınmalıdır.

 

Həkimlər bildirir ki, isti hava ilə bağlı yuxusuzluq təkcə şəxsi rahatlığı deyil, gündəlik fəaliyyətləri və təhlükəsizlik səviyyəsini də mənfi təsir edir. İş performansı azalır, qəza riski artır. Problemlər davam edərsə, mütəxəssisə müraciət tövsiyə olunur.

 

Əminə Bayramova

Tarix: 11 İyul 2025, 16:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin