“Rusiya başa düşür ki, Türkiyə və Ermənistanın münasibətləri inkişaf etsə, Azərbaycan və Ermənistanın münasibətləri normallaşsa, regional kommunikasiyalar açılsa, Moskvanın Ermənistandakı indiki mövqeyi çox güclü şəkildə təsirlənəcək, Rusiya indiki təsir imkanlarına malik olmayacaq. Bu, ümumilikdə Rusiyanın qlobal nüfuzuna zərbədir. Moskva özünü hər zaman Cənubi Qafqazın dominant ölkəsi, ev sahibi kimi təqdim edib. Bakı və İrəvan isə sübut etdi ki, heç də belə deyil. Cənubi Qafqaz ölkələri özləri vasitəçisiz anlaşmağa və ciddi qərarlar qəbul etməyə qadirdirlər. Bu, Rusiya üçün çox ciddi reputasiya itkisidir. Bu baxımdan, bəli, Paşinyan iqtidarına qarşı Ermənistanda təzyiqlər güclənəcək. Aşkar görünür ki, bu təzyiqlər, aksiyalar Kremldən koordinasiya olunur, Paşinyan müxalifətinə açıq və birbaşa təbliğat, informasiya dəstəyi verilir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli deyib.

O bildirib ki, Ermənistanda Paşinyan iqtidarına qarşı baş verənlər, kilsənin siyasi müxalifətə çevrilməsi əslində təkcə gələn ilə təyin olunan parlament seçkiləri ilə bağlı deyil: “Bu həmçinin İrəvanın Ankara və Bakı ilə münasibətləri normallaşdırmaq siyasətinə qarşı yönəlib. Əbu-Dabi görüşü Azərbaycanın əvvəldən irəli sürdüyü ikitərəfli formatın üstünlüyünü bir daha göstərdi. Azərbaycan ikitərəfli formatı həm Fransanın, həm də digər ölkələrin müdaxilələrindən qorudu. Yada salaq, “Avropa Siyasi Birliyi”nin İspaniyanın Qranada şəhərində keçirilən toplantısında Fransanın iştirak etmək iddiaları ortaya çıxdı. Azərbaycan isə bu görüşdən imtina etdi və beləliklə, qətiyyətli mövqe nümayiş etdirərək ikitərəfli dialoq formatını qoruyub-saxladı. Bu, Azərbaycan diplomatiyasının ən yaxşı uğurlarından biridir. Əlbəttə, ikitərəfli formatda sülh müzakirələrinin davam etməsi, münasibətlərin hərtərəfli normallaşması, Bakı və İrəvan arasındakı birbaşa dialoq heç də regionda marağı olan bütün ölkələri qane etmir. Bəli, güman etmək olar ki, Paşinyanın irəli aparmaq istədiyi prosesə maneə olmaq cəhdləri göstəriləcək. Hətta bu prosesə start verilib. Gözləmək olar ki, artıq "Paşinyan Ermənistanı satdı!" şüarları altında kilsənin öndərliyi ilə kütləvi etiraz aksiyaları, yürüşlər keçirməyə çalışacaqlar. Dövlət və dövlət orqanlarını sıxışdırmağa cəhd edəcəklər. Ermənistandakı vəziyyəti destabilizasiya etməyə çalışacaqlar. Əsas məqsəd də elə budur - Ermənistanda xaotik vəziyyət yaratmaq və bundan istifadə edərək Paşinyanı küçənin təzyiqi ilə uzaqlaşdırmaq. İstisna deyil ki, keçmiş hərbçilər səfərbər olunacaq. Azərbaycanın Qarabağ bölgəsindən köçən ermənilərdən də yararlanmağa çalışacaqlar. Rusiyadakı iş adamları da prosesə qoşulacaq. Bir sözlə, Paşinyana qarşı cəbhəni genişləndirəcək, yeni üsul və vasitələr tətbiq edəcəklər. Elə görüntü yaratmaq istəyirlər ki, “guya əslində Ermənistanı Paşinyandan xilas edirlər, çünki Paşinyan Ermənistanı Ankara və Bakının təsirinə salır, Rusiyanın dəstəklədiyi qüvvələr isə əksinə, Ermənistan dövlətçiliyini müdafiə edirlər...” Bu ideoloji tezislərlə artıq etiraz aksiyaları genişlənəcək. Çalışacaqlar ki, hüquq-mühafizə orqanlarını, Paşinyanın özünü də təxribata çəksinlər, Ermənistanda vətəndaş qarşıdurması ab-havası yaratsınlar”.
Aytəkin Qardaşova
19 Aprel 00:41
19 Aprel 00:38
18 Aprel 23:32
18 Aprel 23:25
18 Aprel 23:08
18 Aprel 22:18
18 Aprel 21:33
18 Aprel 21:32
18 Aprel 21:21
18 Aprel 20:36
18 Aprel 20:26
18 Aprel 19:56
18 Aprel 19:51
18 Aprel 18:50
18 Aprel 17:56
18 Aprel 17:48
18 Aprel 17:27
18 Aprel 17:21
18 Aprel 16:28
18 Aprel 16:00
18 Aprel 15:52
18 Aprel 15:39
18 Aprel 15:35
18 Aprel 15:24
18 Aprel 15:02
18 Aprel 14:28
18 Aprel 14:21
18 Aprel 14:10
18 Aprel 14:03
18 Aprel 14:00
18 Aprel 13:59
18 Aprel 13:56
18 Aprel 13:54
18 Aprel 13:52
18 Aprel 13:51
18 Aprel 13:30
18 Aprel 13:28
18 Aprel 13:27
18 Aprel 13:25
18 Aprel 13:14
18 Aprel 12:53
18 Aprel 12:45
18 Aprel 12:44
18 Aprel 12:41
18 Aprel 11:58
18 Aprel 11:48
18 Aprel 11:41
18 Aprel 11:39
18 Aprel 11:34
18 Aprel 10:59
18 Aprel 10:44
18 Aprel 09:26
18 Aprel 09:24
18 Aprel 09:22
18 Aprel 08:56
18 Aprel 07:53
18 Aprel 00:49
18 Aprel 00:45
17 Aprel 22:28
17 Aprel 21:45
17 Aprel 20:34
17 Aprel 19:26
17 Aprel 19:02
17 Aprel 18:22
17 Aprel 17:42
17 Aprel 17:28
17 Aprel 17:05
17 Aprel 16:53
17 Aprel 16:52
17 Aprel 16:51
17 Aprel 16:45
17 Aprel 16:40
17 Aprel 16:37
17 Aprel 16:30
17 Aprel 16:27
17 Aprel 16:26
17 Aprel 16:25
17 Aprel 16:18
17 Aprel 16:12
17 Aprel 16:09
17 Aprel 15:34
17 Aprel 15:10
17 Aprel 15:07
17 Aprel 15:05
17 Aprel 15:01
17 Aprel 14:53
17 Aprel 14:52
17 Aprel 14:50
17 Aprel 14:48
17 Aprel 14:20
17 Aprel 13:57
17 Aprel 13:56
17 Aprel 13:31
17 Aprel 13:28
17 Aprel 13:12
17 Aprel 13:05
17 Aprel 13:03
17 Aprel 12:52
17 Aprel 12:46
17 Aprel 12:33
17 Aprel 12:28
17 Aprel 12:21
17 Aprel 11:48
17 Aprel 11:47
17 Aprel 11:25
17 Aprel 10:59
17 Aprel 10:48
17 Aprel 10:41
17 Aprel 10:35
17 Aprel 10:27
17 Aprel 10:07
17 Aprel 09:45
17 Aprel 08:52
17 Aprel 08:39
17 Aprel 08:33
17 Aprel 08:27
17 Aprel 08:23
17 Aprel 08:19
17 Aprel 08:11
17 Aprel 08:07
17 Aprel 08:04
17 Aprel 07:40
17 Aprel 01:34
17 Aprel 01:30
17 Aprel 00:48
17 Aprel 00:47
17 Aprel 00:45
16 Aprel 23:01
16 Aprel 21:53
16 Aprel 21:13
16 Aprel 20:54
16 Aprel 20:22
16 Aprel 20:18
16 Aprel 20:15
16 Aprel 19:57
16 Aprel 19:55
16 Aprel 19:50
16 Aprel 19:25
16 Aprel 19:09
16 Aprel 19:08
16 Aprel 19:01
16 Aprel 17:48
16 Aprel 17:08
16 Aprel 17:06
16 Aprel 17:00
16 Aprel 16:42
16 Aprel 16:30
16 Aprel 16:14
16 Aprel 16:14
16 Aprel 16:13
Ən son xəbərləri səhifəmizdən də izləyin