BURADA REKLAMINIZ OLA
BİLƏR

Çimərlikdə yeniyetmə qumda qazdığı çuxura düşüb öldü

İtaliyanın Montalto-di-Kastro çimərliyində 17 yaşlı Rikkardo adlı yeniyetmə qumda qazdığı çuxurda boğulub.

 

Qeyd olunur ki, Rikkardo üç və səkkiz yaşlı iki bacısı ilə oynayarkən qumda 1.5 metr dərinliyində çuxur qazıb.

 

Hadisə şahidlərinin sözlərinə görə, oğlan qumdan tunel düzəldib və oradan sürünərək keçmək istəyərkən qum onun üzərini örtüb.

 

Təcili yardım xidməti hadisə yerinə çatanadək çimərlikdə olan insanlar yeniyetməni xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb.

 

Oxu.az

Tarix: 12 İyul 2025, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin