BURADA REKLAMINIZ OLA
BİLƏR

Tovuz istiqamətində 2 erməni polis yaralandı

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşdə 2 polis əməkdaşının yaralandığını açıqlayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook”da bildirib.

 

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub.APA

 

Tarix: 13 İyul 2020, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin