BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhid baş leytenantın ailəsində daha bir faciə - 10 il əvvəl...

Xəbər  verdiyimiz kimi, ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən gərginlikdə baş leytenant Rəşad Mahmudov şəhid  olub. 

Pravda.az-ın xəbərinə görə, təxminən 10 il bundan qabaq onun ailəsində daha bir faciə yaşanıb. Şəhidin yeniyətmə qardaşı Rəis Mahmudov ehtiyatsızlıq nəticəsində ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib. Şəhid R. Mahmudov  ailənin tək övladı olub. Subay olan şəhidimiz anası ilə birgə yaşayıb. Onun valideynləri uzun müddət əvvəl ayrılıblar.

Aşağı Cürəli kənd bələdiyyəsinin sədri Ruslan Səidov məlumatları saytımıza təsdiqləyib. O qeyd edib ki, şəhidin nəşi hələ doğma kəndinə gətirilməyib.Qafqazinfo

Tarix: 13 İyul 2020, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin