BURADA REKLAMINIZ OLA
BİLƏR

Pul borcuna görə tanışını dişləyən şəxsə hökm oxundu

Goranboy Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Həsən Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Taleh Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 1 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, hadisə 26 may 2025-ci il tarixdə, saat 23:05 radələrində Goranboy rayonu Veyisli qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Həsən Həsənov pul borclu olduğu tanışı, zərərçəkmiş Qasım İsmayılovla  (adı, soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin olaydan bir neçə saat əvvəl ondan borcunu ödəməsini istəməsi olub. Bu zaman təqsirləndirilən şəxs Qasımın ünvanına söyüş söyüb əvvəlcə yumruqla onun bədəninin müxtəlif nahiyələrindən vurub, sonra qəsdən dişləri ilə zərərçəkmiş şəxsin sağ əlindən dişləyərək ona xəsarətlər yetirib.

 

Hadisədən sonra Həsən Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 14 İyul 2025, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin