Reklam

Yay günlərinin ən təbii içkisi - Reyhan şərbəti

Reyhan şərbəti bənövşəyi reyhan yarpaqlarının qaynadılıb limon suyu və şəkərlə hazırlanan ənənəvi və təbii içkidir.

 

Pravda.az bildirir ki, C vitamini, A vitamini, kalsium, dəmir və maqneziumla zəngin olan bu içki immunitet sistemini gücləndirir, həzmi asanlaşdırır, stressə qarşı sakitləşdirici təsir göstərir və dəri sağlamlığını dəstəkləyir.

 

Sidikqovucu təsiri ilə bədəni toksinlərdən təmizləyən reyhan şərbəti, eyni zamanda qan şəkərini tarazlamağa kömək edir. Lakin yüksək miqdarda istifadə edildikdə mədə narahatlıqları və qan durulmasına səbəb ola bilər. Hamilə qadınlar və xroniki xəstəliyi olanlar üçün diqqətli istifadə tövsiyə olunur.

 

Hazırlanma Qaydası:

 

1 dəstə bənövşəyi reyhan yarpağı yuyulur və 1 litr qaynar suya əlavə edilir. 5-7 dəqiqə qaynadıldıqdan sonra altı söndürülür. Üzərinə yarım limonun suyu və 1 stəkan şəkər əlavə olunur. Soyuduqdan sonra süzülüb soyuducuda saxlanılır. Buz və limon dilimləri ilə servis edilə bilər.

 

Qeyd: Gündəlik istifadədə şəkərsiz və ya az şəkərli versiyası tövsiyə olunur.

 

Əminə Bayramova

Tarix: 14 İyul 2025, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin