BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda anasına görə tanımadığı şəxsi döyənə hökm oxundu

Sabunçu Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Ramiz Məmişovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnurə Rəcəbovaun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və Ramiz Məmişov cinayət məsuliyyətindən azad olunub.

 

İttihama görə, hadisə 10 iyun 2025-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində fəaliyyət göstərən “Möcüzə” marketin qarşısında qeydə alınıb.

 

Belə ki, Ramiz Məmişov anası ilə sözügedən əraziyə yaxınlaşıb. Onlar piştaxtalardan qida məhsulları yığarkən təqsirləndirilən şəxs tanımadığı zərərçəkmiş Zaur Bağırzadənin (adı, soyadı şərtidir) qadına arxadan yaxınlaşıb ona yaxın dayandığını düşünüb. Ramiz həmin şəxsin anasına toxunduğunu başa düşüb və bu səbəbdən ona irad bildirib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Sonra Ramiz əl zərbələri ilə qəsdən Zaurun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona xəsarətlər yetirməklə xuliqanlıq cinayəti törədib.

 

Hadisədən sonra Ramiz Məmişov saxlanılıb.

 

Kamal Məmmədov

 

Tarix: 15 İyul 2025, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin