BURADA REKLAMINIZ OLA
BİLƏR

Göbələk infeksiyası körpələrdə necə müalicə olunur?

Körpələrdə göbələk infeksiyası əsasən dərinin rütubətli və hava almayan nahiyələrində yaranır. Bez bölgəsinin uzun müddət nəmli qalması, bağırsaq florasının pozulması (xüsusilə antibiotik istifadəsi zamanı) və ağız içində Candida göbələklərinin yaranması (pamıqçıq) bu vəziyyətə səbəb ola bilər.

 

Pravda.az bildirir ki, dəridə qızartı, qabarcıqlar, ağ ləkələr və səpkilər əsas göstəricilərdir.

 

Ən çox harada müşahidə olunur?

 

Göbələk infeksiyası daha çox bez bölgəsi, ağız ətrafı, baş dərisi, qoltuq altı, boyun və dırnaq kənarlarında rast gəlinir.

 

Ən çox yayılmış göbələk növləri:

 

Candida albicans – ağız və bez bölgəsində

 

Dermatofitlər – dəri səpkiləri

 

Malassezia – baş dərisində kəpəklənmə

 

Trichophyton – bədənin müxtəlif hissələrində qızartı

 

Müalicəsi necə aparılır?

 

Müalicə dərhal başlanmalı, həkim tövsiyəsi ilə antifungal kremlər və damcılar istifadə olunmalıdır. Dəri təmiz saxlanmalı, nəmli bölgələr quru tutulmalı və gigiyena qaydalarına ciddi əməl olunmalıdır.

 

Qorunma yolları:

 

Pambıq, hava alan geyimlər

 

Tez-tez bez dəyişdirmək

 

Hər təmizləmə sonrası dərini qurutmaq

 

Antibiotik istifadəsində probiotik dəstəyi

 

Əmzik və butulkanın sterilizasiyası

 

Həkimə nə zaman müraciət edilməlidir?

 

Dəri dəyişiklikləri, pis qoxu, qaşınma, iltihab əlamətləri və körpədə davranış dəyişikliyi varsa, mütləq həkimə müraciət olunmalıdır.

 

Erkən diaqnoz və düzgün müalicə ilə göbələk infeksiyası tez bir zamanda nəzarət altına alınır. Gigiyena və immun sistem dəstəyi isə əsas qoruyucu tədbirlərdəndir.

 

Əminə Bayramova

Tarix: 15 İyul 2025, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin